Makiyajla Daha incə Görünmənin Yolları

Makiyajla Daha incə Görünmənin Yolları
Makiyaj, Manikür, Pedikür
10.09.2017 46
Əvvəlcə almacıq sümüklərinizi və çənə qisiminizi ön plana çıxarmalısınız. Bunun üçün bir açıq, bir də tünd örtücü kremə  ehtiyacınız var.

 İndi üzünüzə ən uyğun örtücü kremi tətbiq edin. Ardından 1,5-2 ton tünd olan örtücü kremi  yumşaltmaq istədiyiniz bölgələrə toxundurun.

 Üzünüzün üst hissəsində qulaq kənarınızdan başlayaraq alınınızın iki tərəfinə kölgələmələr edin. 

 İndi qulaq məməsindən başlayaraq yanaq çuxurundan buruna doğru qövslü bir kölgələmə edin. Bu əməliyyat almacıq sümüklərinizi diqqətə çarpanlaşdıracaq və üzünüzə daha mənalı bir ifadə qatacaq. 

 Yumru üzlərdə almacıq sümüyü üzərindən yanlara, yəni gözün xarici ucuna doğru, aşağı hissədə isə yanaq çuxurunda bir üçbucaq meydana gətirəcək şəkildə çəkilməlidir.

 İstifadə etməniz lazım olan ənlik bürünc olmalıdır. Bu tip üzlərdə diqqətin orta hissəyə çəkilməsi lazım olduğu üçün dodaq boyanız  tünd, qaşlarınız və gözlərinsə çəkik olmalıdır.
Tərcümə etdi: Aytən Mələkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!