Yaz makiyajı necə edilir?

Yaz makiyajı necə edilir?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 41
Pastel tonlar
Baharın ən öndə gələn makiyaj stili, pastel tonlar sizi təzə və dinamik göstərəcək rənglərdir. Şişirdilmiş makiyajlar yerinə təzə bir üz və təbii makiyaj seçmə zamanıdır artıq. 
Ekru tonlar bu il gözlərdə olduqca dəbdir. Gözlərlə uyğunlaşma və tarazlıq meydana gətirən dodaq makiyajında bu il seçilən rənglər; qəhvə rəngli turuncular, göbələk rəngləri,çəhrayı tonlar. 
Mat və pudralanılmış bir dodaq makiyajı bu ilin dəbidir.
Yanaq makiyajında yaş görünüşlü ənliklər istifadə edilməlidir. Naməlum bir şaftalı tonuyla edilən yanaq rəngləndirməsi bu ilin makiyaj modasının tamamlayıcısıdır. 
Mövsümlərlə birlikdə xarici faktorların dərimizə təsirləri də halıyla dəyişməkdədir. Bahar aylarında dəri baxımına bir az daha diqqət göstərməli. Sonrasında gələn isti bir yaz ayı dərinizdəki nəm nisbətini qurudacağı üçünindidən hərəkətə keçməli və dərini nəmləndirərək piling istifadə edilməlidir.
Tonal krem və dodaq
Yaz və yaz mövsümünün dəri makiyajı  heç makiyaj yoxmuş kimi bir görünüş yaratmağı hədəfləyir. Ola bildiyincə incə toxumalı bir tonal krem istifadə etmək, bu stilin ən əhəmiyyətli nöqtəsidir. 
Bu təbii görünüşlü dəri makiyajını seçdiyinizdə, yanaqlarınızı çox yüngül çəhrayı və ya şaftalı tonlarıyla rəngləndirə bilərsiniz. Ancaq ənlik tətbiqinizi iti bir xətt olaraq deyil, yumru toxunuşlarla ortaya çıxaracağınız bir sağlam qızarıqlıq olaraq reallaşdırmağa diqqət göstərməli.
Dodaq makiyajı
Bu mövsüm, dodaq makiyajında ümumiyyətlə hər cür rəng istifadə edilir: Parlaq glosslar, mat, yarı-mat və simli dodaq boyaları. Ancaq ümumiyyətlə daha mat görünüşlərin yüksəlişə keçdiyini söyləmək mümkündür. Xüsusilə solğun bir dəri və yüngül kirpik üçün tuşlu kirpiklərlə istifadə edə biləcəyiniz mərcan rəngi ilə son dərəcə aktual və təzə bir hava tutmanız mümkündür.
Son olaraq sizində fərqinə vardığınız kimi bahar aylarında istifadə ediləcək ən fundamental makiyaj məhsullar yanaq makiyajı və dodaq makiyajı vəsaitlərindən meydana gəlir. 
Tərcümə etdi:Aytən Mələkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!