Qırmızı dodaq boyası ilə makiyaj

Qırmızı dodaq boyası ilə makiyaj
Makiyaj, Manikür, Pedikür
10.09.2017 63
Qırmızı pomada: cazibəli, təhrikedici, fərq yaradıcı…  Makiyajınızda fərqli rəng tonları istifadə edə bilərsiniz ancaq heç biri üzünüzü qırmızı bir pomada qədər diqqət çəkici hala gətirə bilməz! Qırmızı pomadanın təsirindən faydalanmaq üçün Qadınlar.Biz in tövsiyələrinə qulaq asın.
Parlaq görünüşlü qırmızı
Parlaq görünən bir qırmızı pomada, çox intimi və "Buradayam!" deyən bir pomada rəngidir. Pomadanın təbii parlaqlığı, dodaqların daha dolğun və dəbdəbəli görünməsini təmin edər. Belə qarşı qoyulmaz bir təsirə sahibkən niyə bundan faydalanmazsınız ki? Parlaq görünüşlü qırmızı pomadanı tətbiq etmək üçün diqqət etməniz lazım olan bəzi nöqtələr var. İlk olaraq dodaqlarınızı qələmlə ətraflanın və içini boyayın. Pomadanın qalıcı olması üçün, ikinci qatı çəkmədən əvvəl dodaqlarınıza az miqdarda pudra toxundurun. Ən üstə parladıcı tətbiq edin və bu mövzuda əlinizi qorxaq öyrətməyin!
Mat görünüşlü qırmızı
Canlı, elegant və mübahisəsiz bir şahzadə kimi görünə bilərsiniz. Keçmişdən gələn klassik görünüşlü mat pomada axınıyla, diqqət çəkici və təcrübəli bir havaya bürünə bilərsiniz. Dəbdən düşmədən sınağa dəyər!
Dodaq xəttinizi qələmlə diqqətə çarpanlaşdırın. Pomadanızı fırçayla çəkib, sonrasında yağ əmici kağızla çoxunu alın. Bu əməliyyatı, parlaqlığını azaldıb mat görünüşlü olması üçün edirsiniz. Qırmızı pomadalar sıx rənglər olduğundan, bulaşmasını da önləyə bilərsiniz.
Bir az təbii qırmızı
Nə parlaq nə də mat olan boyanmış dodaqlar, sanki dişlənilmiş kimi bir görünüş sərgiləyəcək. Yəni, öz dodaq rənginizin bir az daha sıx halı olacaq. Seçiminiz bir az daha təbiilikdən yanadırsa, bu tətbiq tam sizə görə! Tətbiq üçün dodaq qələmi istifadə etmənizə ehtiyac yoxdur! Çünki məqsəd, pomadanı dodaqlarınıza yaxşıca yedirmək; bunun üçün istədiyiniz sıxlığı əldə edənə qədər pomadanızı təkrar çəkə bilərsiniz.
Tərcümə etdi:Aytən Mələkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!