Dırnaqlarda Yaranan Sarılığın Səbəbi Nədir?

Dırnaqlarda Yaranan Sarılığın Səbəbi Nədir?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 52
Manikürlü gözəl dırnaqlar qadınların təbii gözəlliyinin dəlillərindən biridir. Ancaq bəzən dırnaqların və ya lakların saraldığı görülər.

Bu vəziyyətin səbəbi nədir, necə düzəldilə bilər?..

Tipik parlaq sarı rəngin səbəbi manikür əməliyyatından qaynaqlanar. Lak dırnağa tətbiq olunduğunda dırnaqlar saralar. Çünki dırnaqların üzərində xarici faktorlardan qorunmasını təmin edən incə bir yağ təbəqəsi vardır. Bu xarici faktorlar ev işləri, yuyucular və təbii ki laklardır.

KEYFİYYƏTSİZ LAK İSTİFADƏ ETMƏYİN


Dırnaqların saralmasına səbəb olan üçlü toluen, formaldehit və dibutil ftalatdır. Bu mürəkkəblər aşağı keyfiyyətli laklarda da tapılar. Yaz mövsümü boyunca UV şüaları ilə blirkdə keyfiyyətsiz laklara məruz qalan dırnaqlar saralar. dırnaq ətləri də bu ziyandan payına düşəni alar.

Dırnaqlarınızın təbii açıq çəhrayı rənginə qovuşmasını istəyirsinizsə manikür setinizdəki vasitələr ilə üst layı yüngülcə qırxmanız lazımlıdır. Bu proseduradan əvvəl limon suyu əlavə olunmuş bir su içərisində əllərinizi gözlətmənizi təklif edərik. Ancaq suya yalnız dırnaqlarınızı batırmağa diqqət yetirin. Necə ki, meyvə turşusu barmaq dərinik üçün çox faydalı deyil.

Dırnaqlarınızın saralmasını istəmirsinizsə keyfiyyətli laklar istifadə etməniz də çox əhəmiyyətlidir. UV qoruyuculu kremlər də eyni şəkildə yaz mövsümündə mütləq istifadə edilməsi lazım olan məhsullar arasındadır.

Tərcümə etdi:
PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!