++++++++++Daha gözəl göz makiyajı üçün

++++++++++Daha gözəl göz makiyajı üçün
Makiyaj, Manikür, Pedikür
10.09.2017 32
Üz gözəlliyinizin ən əhəmiyyətli parçalarından olan gözlərinizi daha təsir edici göstərə bilmək üçün tək etməniz lazım olan doğru makiyaj tətbiqlərini seçməkdir! Əgər doğru göz makiyajlarını seçib gözlərinə tətbiq etsəniz üz gözəlliyinizə həqiqətən kömək olar və baxışlarınız ilə fərq yarada bilərsiniz! 
Qara göz qələmi, qara saçlı, əsmər bədənli qadınlar üçün çox uyğundur. Əsmərlər xaricindəki qadınlarda bu rəngdə bir göz qələmi və eyeliner çox tünd sayıla bilər.
Ağ bədənli qadınlar yumşaq qəhvərəngi ya da boz tonlarını seçməlidirlər. Gecə isə, gözə çəkilən tenə uyğun gələn rəngli bir qələm seçilməlidir.
Eyelineri çox incə uclu bir fırçayla çəkmək gözəl bir görünüş meydana gətirəcək. Əgər eyeliner çəkməyi heç cür bacara bilmirsinizsə: Mümkün olduğunca aşağıya doğru baxın və əlinizlə gərdiyiniz üst göz qapağınızdaki kirpiklərin dibinə mümkün olduğunca yaxın bir xətt çəkin.
Bu xətt göz quyruğunda sona çatmalı, xaricə doğru uzanmamalıdır. Alt göz qapağına qəti bir xətt çəkmək istəmirsinizsə, bura eyelinerlə yan-yana nöqtələr edin və ya əyrilə bilməsinə qısa- qısa xəttlər çəkin. Bəzən gözün üst qapağındakı kirpiklərin altına xətt çəkilməsi də xoş bir görünüş qazandırar. Bunun da yenə incə və düz olmasına diqqət edin.
Tərcümə etdi: Aytən Mələkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!