++++++++Daha gözəl bir göz üçün makiyaj

++++++++Daha gözəl bir göz üçün makiyaj
Makiyaj, Manikür, Pedikür
10.09.2017 65
Üz gözəlliyinizin ən əhəmiyyətli parçalarından olan gözlərinizi daha təsir edici göstərə bilmək üçün tək etməniz lazım olan doğru makiyaj tətbiqlərini seçmək! Əgər doğru göz makiyajlarını seçib gözlərinizə tətbiq etsəniz üz gözəlliyinizə həqiqətən əhəmiyyətli komək olar və baxışlarınız ilə fərq yarada bilərsiniz! 
Qara göz qələmi, qara saçlı, əsmər bədənli qadınlar üçün çox uyğundur. Əsmərlər xaricindəki qadınlarda bu rəngdə bir göz qələmi və eyeliner çox tünd sayıla bilər.
Ağ bədənli qadınlar yumşaq qəhvərəngi ya da boz tonlarını seçməlidirlər. Gecə isə, gözə çəkilən tenə uyğun gələn rəngli bir qələm seçilməlidir.
Eyelineri çox incə uclu bir fırçayla çəkmək gözəl bir görünüş meydana gətirəcək. Əgər eyeliner çəkməyi heç cür bacara bilmirsinizsə sizə bir təklif: Mümkün olduğunca aşağıya doğru baxın və əliniz ilə gərdiyiniz üst göz qapağınızdakı kirpiklərin dibinə mümkün olduğunca yaxın bir xətt çəkin.
Bu xətt göz quyruğunda sona çatmalı, xaricə doğru uzanmamalıdır. Alt göz qapağına  xətt çəkmək istəmirsinizsə, bura eyelinerlə yan-yana nöqtələr edin . Bəzən gözün üst qapağındakı kirpiklərin altına xətt çəkilməsi də xoş bir görünüş bəxş edər. Bunun da yenə incə və düz olmasına diqqət edin.
Tərcümə etdi: Aytən Mələkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!