Təbii görünüşlü makiyaj üçün “qızıl qaydalar”

Təbii görünüşlü makiyaj üçün “qızıl qaydalar”
Makiyaj, Manikür, Pedikür
10.09.2017 59
Bir neçə dəqiqəyə hazırlanıb evdən çıxmalısınız. Həm gözəl, həm də
təbii görünmək istəyirsinizsə dərhal sürətli və sadə makiyaja üstünlük
verməlisiniz. Lakin nəyi, necə etməli olduğunuzu bilmirsinizsə, o zaman
bu məlumatımız tam Sizin üçündür. Beləliklə təbii görünüşünüzü
qorumaqla, daha gözəl görünməyinizi təmin edəcək qızıl qaydalar:


Üzünüzün hamar bir görünüş qazanması üçün ilk olaraq dərinizin
təmizliyinə diqqət edin. Cild növünüzə uyğun bir məhsulla dərinizi
təmizləyib quruması üçün 2-3 dəqiqə gözləyin.
Təmizlənmiş dərinizə makiyajın qalıcı olmasını təmin etmək məqsədilə
nəmləndirici krem sürtün. Kremin dəriyə hopması üçün bir az gözləyin.
Dərinizdəki qüsurları gizlətmək, rəng fərqliliklərini örtmək üçün üz
və boyun nayihənizə süngərin köməkliyi ilə tonal krem sürtün. Tonal
Krem rəngində seçim edərkən dəri rənginizdən bir ton açıq, ya da bir ton
tünd olmasına üstünlük verin. Göz qapaqlarınız üçün korrektordan
istifadə etməyi unutmayın.
Göz makiyajı edərkən məqsədiniz gözlərinizi olduğundan daha böyük
göstərməkdirsə qara, boz və ya qəhvəyi tonlarda göz qələmi seçin.
Gözlərinizi olduğundan kiçik göstərmək istəyirsinizsə, yalnız
gözlərinizin alt hissəsinə, kipriklərinizdən içəriyə doğru incə bir xətt
formasında şəkilləndirin.
Göz qələminin təbii və sadə görünməsi üçün kiçik bir fırçayla üzərindən bir neçə dəfə dolandırın.
Göz qapaqlarınızın üzərinə açıq qəhvəyi tonlar çəkin.
Göz makiyajının son addımı olaraq, gözlərinizin əvvəlindən sonuna doğru tuşdan istifadə edin.
Almacıq sümükləri, burun və alnınıza çəhrayı tonlarında allığı böyük
fırçayla tətbiq edin. Boyun nahiyənizdə rəng fərqliliklərini yox etmək
üçün az miqdarda ənlik sürtüb, ehtiyatla yayın.
Ənliyinizlə eyni tonlarda olan dodaq boyasından istifadə etməyə
çalışın. Ənliklə eyni tonlarda dodaq boyası istifadə etmək makyajınıza
təbiilik verəcək.

Hələlik bu qədər. Hər zaman təbii görünüşünüzün ön planda olması diləyilə, uğurlar!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!