Saç rənginə görə makyaj təklifləri

Saç rənginə görə makyaj təklifləri
Makiyaj, Manikür, Pedikür
10.09.2017 77
Daha cazibədar bir gözəllik üçün, 'makyaj - saç' gözəllik nisbətinə diqqət yetirin.
Saç rənginiz nə qədər mükəmməl və dəbdəbəli olursa olsun, makyajınız saç rənginizə uyğunlaşma təmin etmədiyində bütün cazibədarlığınızı itirə bilər, hətta sönük belə görünə bilərsiniz.
Digər tərəfdən unutmayın ki, saç rənginizlə uyğun bir makyaj, sizi göz oxşayan bir gözəlliyə qovuşdura bilər.
İndi işinizi bir az asanlaşdıraq...
Qara saçlar
Əgər qara saçlara sahibsinizsə, göz makiyajınıza daha çox diqqət yetirməyi tövsiyə edirik. Qara, boz və ya gümüşü rəngli tenlər istifadə edərək 'tüstü' dediyimiz, sizə sirrli bir hava qatacaq olan tüstülü göz makiyajını tətbiq edə bilərsiniz.
Dodaqlarınıza göz makyajınızın önünə kəçməyəcək, bənövşəyi tonlarında bir dodaq boyası seçməlisiniz.
Yenə uçuq bənövşəyi tonlarında yüngül bir ənlik istifadə edə bilərsiniz.
Sarı saçlar
Sarı saç, xüsusilə açıq bədənlisinizsə, dərinizi solğun göstərə bilər. Bu səbəblə tonal krem yerinə bronzlaşdırıcı kirşan istifadə etmənizi təklif edirik.
Göz makyajında qəhvərəngi sarışınların imtina edilməz rəngidir. Qəhvərəngi qələm, qəhvərənginin bir başqa tonunda ten və göz çuxuruna yüngülcə sürtəcəyiniz sarı kölgələr sizə çox yaraşacaq.
Dodaqlarınızda bənövşəyinin hər tonunu istifadə edə biləcəyiniz kimi, vişnə qırmızısı xaric ,hər cür qırmızı dodaq boyası istifadə edə bilərsiniz.

Qızılı saçlar

Gözlərdə, digər saç rənglərinə sahib olanların əksinə yaşıl, şabalıd, bej, bal, kirəmit, qırmızı qəhvə və mürdüm rənglərini istifadə edərək qızılı saçlarınızın cazibədarlığını daha da önə çıxara bilərsiniz.
Saçlarınız onsuzda çox diqqət çəkdiyi üçün dodaq boyası seçkinizi bənövşəyi, yasəmən, torpaq rəngləri və vişnə suyundan yana istifadə etməlisiniz.
Qəhvərəngi saçlar
Qəhvərəngi  saç haradasa istifadə edəcəyiniz hər ton makyajla uyğunlaşma təmin edəcək. Göz makiyajınızda qara, qəhvəyi göz qələmi və kiprik üçün tuş istifadə edə bilər, ten olaraq metal rəngləri seçə bilərsiniz.
Xüsusilə qara dərilisinizsə ,sarı tonlu ya da təbii rəngli ənlik seçməlisiniz.
Narıncı ya da qırmızı tonlarında hər rəng dodaq boyası sizə çox yaraşacaq.

/Mənbə:Qadınlar.biz/
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!