Yay makiyajının axmaması üçün ideal üsullar

Yay makiyajının axmaması üçün ideal üsullar
Makiyaj, Manikür, Pedikür
10.09.2017 39
İsti havalarda axmış gözlər və ləkəli üzlərdən sıxılmısınızsa, bu məsləhətlərə əməl edin. 

Makiyajın
axmasının tək səbəbi isti hava və tər deyil. Eyni zamanda dərinin yağlı
olması da makiayaja təsir edir. Yay aylarında dəri daha çox yağ
istehsal edir. Buna görə də makiyaj etməzdən əvvəl dərini balanslaşdıran
kremlər, üz təmizləyici və ya azaldıcı tonik çəkin. 
 
Yay
aylarında tonal krem çəkməyin. Əgər istifadə etmək
məcburiyyətindəsinizsə, sadəcə lazimi yerlərə çəkin. Bütün üzə çəkmək
məcburiyyətində deyilsiniz. Tonal krem və korrektor çəkərkən qatı çox
etməyin və nazik olmasına diqqət edin. Şəffaf ənliklərdən alın. Toz
ənliklər üzə çəkildikdən sonra dağılmır və qalıcı olur.

Göz
kölgələrindən istifadə etdiyiniz zaman əvvəlcə göz qapaqlarına pudra
çəkin və üstünlüyü toz şəklində kölgələrə verin. Beləcə, gözünüzdən
kölgə getməyəcək. 

Yayda suya davamlı tuş və göz qələmindən istifadə edin. Beləcə tərlədiyiniz zaman tuş və qələm gözlərinizdən axmayacaq. 

Pomada
çəkməzdən əvvəl tonal kremdən azca dodaqlara çəkin. Üstündən isə dodaq
boyasını çəkib dağıdın. Bu üsul, dodaq boyasının daha uzun müddət
qalmasına kömək edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!