Makiyajınız əsla axmayacaq

Makiyajınız əsla axmayacaq
Makiyaj, Manikür, Pedikür
10.09.2017 33
İsti havanı, nəmi, çimərliyi, tərləmələri nəzərə alsaq, su keçirməyən makiyaj məhsullarının yay aylarında qadınların ən yaxın dostlarından birinə çevrildiyini söyləyə bilərik. Budur yay  aylarında da baxımlı görünüşünüzdən güzəşt verməməniz üçün su keçirməyən makiyaj ilə əlaqədar bilməniz lazım olan hər şey!

 Gözlər
Su keçirməz makiyajın istifadə sahəsi ən geniş bölgəsi gözlərdir. Xüsusi ilə həssas gözlərə sahibsinizsə, gözlərinizi çox ovuşturma ehtiyacı hiss edirsinizsə, ya da linza istifadə edirsinizsə bu məhsullar sizin üçün yaxşı bir qurtarıcı. 
Su keçirməyən məhsullardan ten, eyeliner, göz qələmi və tujunuzu hazır etdikdən sonra makiyajınızı istədiyiniz kimi tətbiq edə bilərsiniz. Jel eyeliner seçmənizi tövsiyə edərik.

 Dodaqlar
Ən yaxşı nəticəsni almaq üçün mütləq quru dodaqların üzərinə tətbiq edin. Dodaq boyalarının yanında su keçirməyən dodaq qələmləri də var. Gün içərisində dodaqlarınızı çox quru hiss etsəniz dodaq boyanızın üzərinə hər hansı bir nəmləndirici lipstick istfadə edə bilərsiniz.

 Üz
Dərinizə qoruyucu krem çəkdikdən sonra su keçirməyən tonal krem və ya pudranızı rahatlıqla tətbiq edə bilərsiniz.

 Test edin
Yaş bir pambığı üzünüzə yüngülcə toxunduraraq gəzdirin. Əgər axmırsa, makiyajınızı müvəffəqiyyətlə tamamlamalısınız  deməkdir. Yanınızda hər vaxt bir qulaq çubuğu gəzdirin. Bu şəkildə makiyajınızı yayaraq düzəldə bilərsiniz. Qulaq çubuğunu əsla islatmayın.

/Mənbə:Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!