Eynək modelinə görə göz makiyajı necə edilməlidir?

Eynək modelinə görə göz makiyajı necə edilməlidir?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 52
Düzbucaqlı eynək
Göz qapaqlarınıza tətbiq etdiyiniz göz qələminizi ilk çəkdiyiniz qatın üstündən ikinci dəfə keçərək diqqət çəkici gözlərə və gözəl bir görünüşə sahib ola bilərsiniz. Xəttin uzunluğu isə tamamilə sizə qalmışdır. Düzbucaqlı çərçivəli eynəklərdə "pişik qadın" təsiri yaradan bu göz makiyajı qadına xas təsirinizi daha da artıracaq.
Yumru eynək
Göz teninizi dairəvi hərəkətlərlə tətbiq edin çünki bu tətbiq ilə göz makiyajınızın eynəyinizə rahatca uyğunlaşma təmin etməsinə səbəb olar. Qəhvəyi tonları istifadə edərək eynəyiniz üzünüzü daha xəttli göstərməsinə səbəb olar. Kipriklərinizə isə iki qat kiprik üçün tuş sürtərək diqqətə çarpan etməyi unutmayın!
Çərçivəsiz eynək
Bu eynək modeli, gözlərinizin daha çox ortaya çıxmasını təmin edəcəyindən tenlərlə təbii bir kölgə yaratmalısınız. Üst kipriklərinizi iki qat rəngləyərək, kipriklərinizin daha uzun görünməsini təmin edə bilərsiniz. Amma bu makiyajın ən əhəmiyyətli və eynəyinizi tamamlayan ünsürlərdən biri də yaxşı alınmış qaşlarınız olacaq.
Pilot eynəyi
Pilot eynək modeli üçün ən uyğun olan tüstülü gözlər yaratmaq lazımdır. Gözə dərinlik verməsi üçün tünd boz ten sürtüb, kipriklərinizə tətbiq etdiyiniz təqdirdə eynəyiniz ilə uyğunlaşma içində olacaq. Barmaq uclarınıza sürtdüyünüz teninizi alt kipriklərinizə yüngülcə tətbiq edərək daha fərqli görünüşə sahib ola bilərsiniz.
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!