Gözəllik üçün 1 dəqiqə

Gözəllik üçün 1 dəqiqə
Makiyaj, Manikür, Pedikür
10.09.2017 20
Hər səhər çölə çıxmağa hazırlanarkən gözəlliyinizdən 'güzəşt vermək' məcburiyyətində qalmanıza ehtiyac yoxdur. Sizə yalnız bir dəqiqə yetər.





 Tünd rənglərdən çəkinirsinizmi? Daha nəzakətli bir görünüş üçün üç qat dodaq boyası çəkin, daha sonra bir salfetə öpüş verərək çoxluqlarını alın!



Rəngli dodaqlar sağlam və xoşbəxt bir görünüş verər.





 Bu taktika Scarlett Johanssondan gəlir. Qaşlarınızı əvvəl yuxarı, sonra yanlara doğru darayın.



Diqqətə çarpan və güclü qaşlar üzünüzə anında ifadə qatar.





 Yoxsa siz hələ uzun  saçlarınızlamı məşğul olursunuz? Artıq təbii, dağınıq və qabarıq modellər moda! Givenchy podiumlarından bu görünüşü oğurlayaq. Atquyruğunuzu incə bantlarla bəzəyin. İstəsəniz zövqünüzə görə tokalar edə bilərsiniz.





 Qabarıq saçlar moda, lakin üz tipiniz üçün uyğun şəkildə həcmləndirməlisiniz. İncə uclu krepe daraqlarından mütləq əldə edin. Daha incə bir görünüş üçün yanları, yumru bir görünüş üçün alın xəttinizdəki saç xəttini həcmləndirin.





 Dəriniz hamar deyilsə belə elə görünə bilər. Keyfiyyətli bir kirşanla bunu bacara bilərsiniz. Yüngül, yarı şəffaf və açıq rəngli toz kirşanı  tonal kremdən əvvəl tətbiq edin. Üzünüzdə Photoshop təsiri hiss edəcəksiniz.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!