Dodaqlarınızın qüsurunu gizlədin

Dodaqlarınızın qüsurunu gizlədin
Makiyaj, Manikür, Pedikür
10.09.2017 33
Ağızınız böyüksə: Böyük ağızları daha kiçik göstərmək üçün dodaq çərçivəsini dodağın dərhal içindən çəkmək lazımdır. Açıq bir rənglə çəkiləcək çərçivənin içinin, çərçivədən daha tünd rəngdə, ancaq yenə də açıq bir tonda rənglənilməsi lazımdır.



Dodaqlarınız qalınsa: Qalın dodaqların parlaq və sərt rənglərdən qaçması lazımdır. Dodaqların içindən çəkilən dodaq çərçivəsiylə dodaq boyasının eyni rəngdə olmasına diqqət göstərilməli.



Üst dodağınız xaricə doğru daşqınsa: Üst dodağın ortasını ifadə edən V şəklini, dodaq xəttinin bir az içindən çəkərək təbii qıvrım verərək dodaqların birləşdiyi yerə qədər boyanın. Alt dodağı isə bir az daşıyararaq boyanın.



Dodaqlarınız düz deyilsə: Alt və üst dodaqların qalınlıqları bir-birinə uyğun gəlmirsə, dəyişik iki ton istifadə edin. Qalın dodaq üçün tünd, incə dodaq üçün açıq rəngdə bir pomada çəkilməsi, dodağın asimmetriyasını gizləyər.





Dodaqlarınızın qüsurunu gizlədin
 


Dodaqlarınız incədirsə: İncə dodaqların daha dolğun görünməsi üçün dodaq çərçivəsinin dodaq xəttinin xaricindən çəkilməsi lazımdır. İki yana qədər yaxşıca uzanması lazım olan çərçivə açıq bir tonda çəkilməli, dodağın iç qisiminin isə daha tünd bir tonda rənglənilməsi lazımdır.



Dodaq uclarınız aşağı doğru sallanansa: Dodaqlarınızın sallanan görünüşünü gizləmək üçün izləniləcək ən yaxşı yollardan biri, dodaq qələmiylə düzəldilib çəkilən bir dodaq şəklinin ardından, bu şəklin xaricində qalan dodağın hissələrinin dəri rənginə uyğun rəngdə bir tonal kremlə  bağlanılmasıdır.





Dodaqlarınızın qüsurunu gizlədin
 


Alt dodağınız çölə doğru daşqınsa: Alt dodağınız çölə doğru daşqın isə, alt dodağınızı rəngləyərkən bir az kiçiltməniz lazım olacaq. Bunun üçün ortasından başlayaraq dodaq xəttinin bir az içindən dodaqların birləşdiyi yerə qədər boyanın. Normal olaraq rənglədiyinizi üst dodağın daha diqqət çəkici olmasını təmin edin.





/Mənbə: Qadınlar.biz/



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!