Kölgəli göz makiyajı və ehtiraslı dodaqlar

Kölgəli göz makiyajı və ehtiraslı dodaqlar
Makiyaj, Manikür, Pedikür
10.09.2017 58
Xüsusi dəvətlərdə xanımların əksəriyyətinin üstünlük verdiyi geyim məhz qara donlardır. Qara donlar gecə ziyafətləri və gündəlik geyim seçimləri sırasında ilk yerdə durur. Qapqara geyindikdə göz oxşayan görünmək üçün bəzi məsləhətlərə əməl etmək gərəkdir.



Kölgəli göz makiyajı, ehtiraslı dodaqlar…
Qara paltarlara ən uyğun bu mövsümdə dəbdə olan yaşıl makiyajdır. Bir
az da qızılı tonlardan istifadə etsəniz daha parlaq və cəlbedici
görünərsiniz.
Hər dəfə qara don geyindikdə dodaqlarınıza xüsusi diqqət
verməlisiniz. Qırmızı dodaqlar hər kəsin sevimli rəngidir. Amma qırmızı
dodaq boyanızı seçərkən dərinizin rəngini də nəzərə alın.
Qızılı rəng mövsümün dəbli rəngləri sırasındadır. Gözlərinizdə qızılı
ton və əyninizdə qara don sizi getdiyiniz ziyafət gecəsində hər kəsdən
fərqləndirəcək.
Sadə makiyaj seçmək arzusunda olanlar isə gözlərini eyelinerlə cəlb
edə bilərlər və beləcə, diqqətləri gözlər çəkəcək. Angelina Jolienin
gözoxşayan eyeliner-li gözlərinə baxaraq bunu özünüzə də tətbiq edə
bilərsiniz.
Qara paltarlarla yaraşan digər ten rəngi bənövşəyidir. Bu makiyaj sizi daha gözəl göstərmək qabiliyyətindədir.
Çılğın makiyaj istəyirsinizsə gümüşü eyeliner və karandaşla bunu həyata həyata keçirə bilərsiniz.
Son olaraq, asan və qısa zamandaq makiyaj etmək üçün qaraya çox yaraşan qırmızıdan istifadə edin. Qırmızı dodaq boyası qara geyiminizlə həmahənglik yaradacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!