Makiyaj etməyin kiçik sirrləri

Makiyaj etməyin kiçik sirrləri
Makiyaj, Manikür, Pedikür
10.09.2017 36
Makiyaj qadını şahzadələrə çevirə biləcək sehrli çubuq kimidir. Amma dekorativ kosmetikanı həyatının əksər hissəsi istifadə edənlər belə onun tam gücündən xəbərdar deyillər. 

1. Əlinizin altında həcm verici tuşunuz yoxdursa, kipriklərinizə bir qədər kirşan səpələyib tuşu sürün, o zaman onlar daha həcmli və cəlbedici görünəcəklər. 

2. Əgər axşam vacib görüşünüz varsa makiyajınızı yeniləmək üçün nəm salfetlə üzünüzü nəmləndirin, amma silməklə deyil, sadəcə üzərinə hopdurmaqla. Bu halda makiyajin üst hissəsindəki toz qatı ayrılacaq və siz yüngül kirşanı ilə bir neçə dəqiqəyə makiyajınızı qaydaya sala biləcəksiniz. 

3. Makiyajın daha uzun müddətli olmağı üçün, onu bitirdiyinizdən sonra bir neçə buz dənəsi ilə üzünüzü masaj edə bilərsiz, makiyajın yayılacağından çəkinməyin, çünki bu makiyajınızı korlamayacaq.

4. Yorğun dəriyə makiyaj edirsinizsə su ilə limon suyunu qarışdırıb makiyajdan əvvəl onunla silin, limon suyu, sudan miqdarda az olmalıdır. Bu vasitə ən bahalı toniklərdən belə daha effektivdir. 



/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!