Gözəl əllərə sahib olmağın 5 yolu

Gözəl əllərə sahib olmağın 5 yolu
Makiyaj, Manikür, Pedikür
10.09.2017 57
Xarici görünüşünə diqqət yetirən xanımlar belə çox zaman əllərinə qulluq etməyi unudurlar.
Müəxəssislər baxımlı əllərə sahib olmağın həm də sağlamlığa təsir etdiyini müəyyən ediblər.
1. Bol su içmək

Suyun sağlamlığa xeyri saymaqla bitməz. Gündə 2 litr maye qəbul etmək sağlam həyatın əsas şərti olmaqla yanaşı, gözəl dəri üçün də əvəzolunmaz vasitədir. Bədəndə ehtiyac yaranan su tələbatı ödənməzsə, qurumağa başlayan dəridə müxtəlif problemlər yaranar. Xüsusilə əllərdən başlayan bu qurumanın qarşısını almaq üçün bol-bol sudan istifadə etməyiniz məsləhətdir.
2. Ev işləri görərkən əlcək geyinmək
Gün ərzində özümüz də bilmədən ən çox əllərimizə ziyan dəyir. Xüsusilə ev işləri əllərin daha çox kənar təsirlərə məruz qalmasına səbəb olur. Bu işləri görərkən əlcək geyinməyə diqqət edin. Bu zərəri aradan qaldırmaq üçün əllərinizi gündə 2 dəfə nəmləndirin.
3. Əlləri yuyarkən diqqətli olmaq
Əlləri mütəmadi olaraq yumaq orqanizmi mikroblara qarşı qorumaq üçün vacib şərtlərdəndir. Lakin əllərinizi yuyarkən dərinizi diqqətdən kənar qoymayın. Mütəxəssislər suyun normadan artıq isti və soyuq olmamasını tövsiyə edirlər. Onların fikrincə, istifadə olunan sabun dərini qurutmamalı və nəmləndirici tərkibli olmalıdır.
 4. Günəş şüalarından qorunmaq
 Əllərə təsir edən amillərdən biri günəş şüalarıdır. Mütəxəxssilər günəşin dərimizdə yarada biləcəyi ləkələrə qarşı krem və losyon istifadəsini zəruri hesab edirlər.
5. Gecə masajı etmək
Gün ərzində əllərinizə qulluq etmək üçün vaxt tapa bilmirsinizsə, bunu gecələr edin. Dərinizə uyğun maska düzəldin və nəmləndirici kremlərlə masaj edin. Hər gecə 5-7 dəq edilən masaj əllərinizin sağlam və gözəl qalmasını təmin edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!