Qələm ilə dumanlı göz makiyajı

Qələm ilə dumanlı göz makiyajı
Makiyaj, Manikür, Pedikür
10.09.2017 45
Ehtiyacın Olanlar



Yalnız göz qələmi. Zarafat deyil, yalnız göz qələmi istifadə edərək dumanlı gözlərə sahib ola bilərsən!  İstifadə edəcəyin qələmin yumşaq bir qələm olmasına diqqət et. Hətta sürmə qələmlər bu iş üçün biçilmiş xalat. Sürmə qələmlər kosmetikdə ‘kohl' deyə keçər, qələmini seçərkən bu adı daşımasına diqqət edə bilərsən. Mənim təklifim Golden rose nin yeni məhsulu olan Smoky Effect Eye Pencil (Tüstü təsirli göz qələmi). Bu qələmin arxasındakı aplikatör sayəsində, qələmi paylayaraq tüstü bir təsir yarada bilərsən.



Mərhələlər



1- Qələmlə, göz qapağına qalın bir xətt çək.



2- Xətti qələmin arxasındakı aplikatör, ya da incə bir fara fırçası köməyiylə payla. Qələmi payladığın bölgə bütün göz qapağını örtməli. Bir az daha şişirdilmiş və diqqətə çarpan bir makiyaj üçün qələmi bir az daşıyara bilərsən.



3- Gözünün altına, yəni göz yaşı xəttinə də eyni şəkildə qələm çəkib, incə bir fırçayla yüngülcə payla.



4- Göz qapağında qələmi paylayaraq fara təsiri yaratdığın makiyajının üstünə incə bir xətt qələm çək.



5- Son olaraq tuşu çəkərək makiyajını tamamla!!



Yumşaq, sürmə tərzində bir qələm istifadə etdiyin müddətcə bu makiyajı hər rəngdə edə bilərsən. Əhəmiyyətli olan nöqtə istifadə etdiyin qələmin suya dayanıqlı ya da uzun müddət qalıcı bir qələm olmaması.



Həm klassik kombinlerle, həm fəslin modası üsyankar kombinlerle istifadə edə biləcəyin bu makiyaj, gecə çıxarkən asanca edə biləcəyin, mükəmməl gözlər meydana gətirəcək bir makiyaj. 
 

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!