Gözəl gözlər üçün makiyaj sirləri

Gözəl gözlər üçün makiyaj sirləri
Makiyaj, Manikür, Pedikür
10.09.2017 55
Bir neçə kiçik detalla siz də təsir edici baxışlara sahib ola bilərsiniz...
1.Göz farasının altına faranın qalıcı olmasını təmin edəcək bir makiyaj altı kremi sürün.
2.Göz qələmini kirpiklərin tam dibinə çəkməlisiniz.
3.Əgər kiçik ya da aşağıya doğru sallanan gözləriniz varsa alt kirpik dibinə qələm çəkməyin.
4.Qələm çəkdikdən sonra incə uclu bir süngər fırçayla xətti yumşaldın.
5.Krem faralar toz halında olanlardan daha qalıcıdır.
6.Göz qapağının alt qisminə açıq rəng, kənarlara və göz qapağının qıvrımlarına da tünd rəng fara sürün.
7.Gözünüzlə eyni rəngdə fara istifadə etməyin.
8.Kirpik üçün tuş sürmədən əvvəl bir-birinə yapışmaması üçün kirpikləri bir fırçayla darayın.
9.Mavi gözlülər boz, bej və qızılı, yaşıl gözlülər çəhrayı, qəhvərəngi və boz, qəhvərəngi və açıq gözlülər də mavi, yaşıl kimi canlı rəngləri seçim edə bilərlər.
10.Təbii bir makiyaj üçün torpaq tonlarında bir fara və qəhvərəngi qələm ideal bir ikili olacaq.
11.Kirpik üçün tuşu 4 aydan çox istifadə etməyin. Köhnəlmiş kirpik üçün tuş kirpiklərin üzərində top top qalar.12.Qaşlarınızı da mütləq darayın və fırçalayın.
13.Kirpik üçün tuş sürmədən əvvəl kirpiklərinizi pudralamanız kirpik üçün tuşun daha uzun müddət dağılmadan qalmasını təmin edər.
14.Qaş sümüyünün üzərinə açıq rəng bir fara sürmək gözlərin vurğusunu artırar.

/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!