Kölgəli göz makiyajı necə edilir?

Kölgəli göz makiyajı necə edilir?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 397
Eyni zamanda dumanlı göz makiyajı olaraq da bilinən kölgəli göz makiyajını bəyənməyən vardırmı görəsən? Kişilərin də xüsusilə çox seksual gördüyü bu göz makiyajını təəssüf ki, səhv texnikaları tətbiqimiz nəticəsində doğru bir şəkildə edə bilmirik. Kölgəli göz makiyajı demək, tenin tünd tonunu göz qapaq diblərinə, açıq tonunu isə qaşların altına çəkmək demək deyil. Kölgəli makiyaj göz tipinizə uyğun bir şəkildə kölgələndirmə edərək bütün makiyaj vəsaitlərini doğru tətbiq edib gözdə möcüzələr yaratmaq deməkdir.

Gəlin həmişə birlikdə kölgəli göz makiyajı necə edilər, bu yazımızda öyrənək.

Makiyajı xüsusilə gecə makiyajı üçün istifadə etmənizi və ten olaraq da tünd rənglər seçmənizi təklif edərəm. Məsələn boz məncə kölgəli göz makiyajı üçün ən uyğun rənglərdən biridir və ümumiyyətlə bütün paltar rəngləri üçün də uyğundur.

Əvvəlcə yumşaq uclu bir göz qələmi ilə göz ətrafımızı çərçivələyirik. Fırça ya da süngər aplikatör ilə tenimizi gözə çəkirik. Bu mərhələdə seçdiyiniz ten rənginin açıq tonunu tətbiq edin. Məsələn boz rəngi seçdinizsə, bozun açıq tonlarını tətbiq edin. Ardından bozun tünd tonlarını incə uclu aplikatör köməyi ilə gözünüzü bağlayaraq göz çərçivəsinə tətbiq edin. Gözünüzü açın və xarici küncünə tünd tonu V şəklində olacaq şəkildə çəkin. Ardından qaşınızın dərhal altına ilk tətbiq etdiyiniz teni çəkin. Ümumiyyətlə ağ rəng seçilsə də bu rəng təbii bir görünüş təmin etmədiyi üçün ağ yerinə seçdiyiniz ten rənginin açıq tonlarını tətbiqinizi təklif edərəm.
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!