Xarici qüsurlarınızı bu makiyaj ilə gizlədin

Xarici qüsurlarınızı bu makiyaj ilə gizlədin
Makiyaj, Manikür, Pedikür
10.09.2017 33
Üz quruluşunuzu nəzərə alaraq qüsurlarınızı makiyaj ilə gizlədin.
Üzünüzdə xoşunuza gəlməyən görünüşlər üzündən canınızı sıxıb özünüzü üzməyin. Bunun yerinə, qüsurlarınızı örtün.

Üz qüsurlarını örtmənizdə sizə köməkçi olacaq bir neçə ip ucu…


Pigment ləkələrini bağlamaq üçün
Əvvəl yüngül bir təmizləmə edin. Dəri tonunuza çox yaxın bir
bağlayıcını ləkələrin üzərinə yüngülcə vuraraq tətbiq edin. Bu
əməliyyatı ləkələr yüngülləşənə qədər tətbiq edin. Daha sonra tonal krem
və ya pudranızı tətbiq edin.
 
 
Qızartı və sızanaqları bağlamaq üçün
Yaşıl rəngdə bir bağlayıcını qızartı və ya sızanaqların üzərinə yüngülcə yayaraq sürtün.
 
 
Qırışları gizlətmək üçün
Dəri tonunuzdan 1-1,5 ton açıq bir bağlayıcını qırışıqlar boyunca
sürtün. Bağlayıcını barmağınızla və ya bir fırçayla yayıb bədəninizə
yedirin. Daha sonra tonal krem və pudranızı tətbiq edin.
 
 
Burnunuz uzundursa
Burun ucunuza tünd rəng tonal krem tətbiq edin. Tonal krem qatı olsa
və nəmli süngərlə tətbiq etsəniz çox daha yaxşı nəticə əldə edərsiniz.
Tonal krem sərhəd etməyəcək şəkildə yaxşıca yedirdikdən sonra kiçik
toxunuşlarla pudralayın.
 
 
Burnunuz genişdirsə
Kölgə və işığı istifadə edin: burnunuzun üzərinə (burun sümüyünüz
boyunca) daha açıq tonda; burun qanadlarınıza isə daha tünd tonda tonal
krem sürtün. Barmağınızla tonal kremi yaxşıca sürtün və 2 ton arasındakı
sərhədləri yedirib yox edin, mat bir pudrayla pudralayın.
 
 
Çənəniz çox kiçik və içəri doğrudursa
Çənənizə açıq rəng bir tonal krem sürtün. Bu çənənizin həcmini
artıracaq. Tünd və parlaq rəngdə pomadalar istifadə etməyin, diqqəti
başqa yerlərdə yığmaq üçün göz makiyajınıza əhəmiyyət verin.
 
 
Çənəniz çox uzundursa
Çənənizin ucuna tünd rəng tonal krem tətbiq edib pudralayın.
Dodaqlarınızı önə çıxaracaq canlı rəngdə pomadalar seçin, beləcə çənəniz
diqqətə çarpanlığını itirəcək.
 
 
Yumru üzü uzun göstərmək üçün
Üzünüzün daha incə görünməsi üçün, gicgahlarınıza, almacıq
sümüklərinizə və çənə altınıza böyük bir allık fırçası köməyiylə bürünc
allık sürtün. Daha açıq rəng pudrayla alınınızı, burnunuzu və çənə
ucunuzu vurğulayın.
 
 
Göz ətrafındakı xəttləri bağlamaq üçün
Bağlayıcı bir qələmlə və ya incə bir fırçanı bağlayıcınıza bulayaraq
xəttlərin üzərindən diqqətlə dolan və barmaq uclarınızla üzərlərinə
yüngülcə vuraraq dərinizə yedirin. Bu vaxt bağlayıcınızın tonal kremdən
daha açıq tonda olmasına diqqət edin.
 
 
Yorğun və yuxusuzsunuzsa
[/b]Alt kirpiklərinizi tuş sürtməyin; əks təqdirdə daha yorğun görünərsiniz.
 
 
[b]Dodaqlarınız çatlamışsa

Pomada sürtməzdən əvvəl nəmləndirin və çox tünd tonlar istifadə etməyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!