Gecə makiyajı haqqında bilinməsi lazım olanlar

Gecə makiyajı haqqında bilinməsi lazım olanlar
Makiyaj, Manikür, Pedikür
10.09.2017 36
Gecə makiyajının üstünlükləri nələrdir? 

- Gecə işığı örtüçü olduğu üçün qüsurları gizləyər və rənglərin daha az görünməsini təmin edər. 
- Gecə makiyajında istənilən ölçüləndirmə, yanaq və burun naziltmə kölgələri tətbiq oluna bilər.
- Dərisi problemli kəslər, dəri tipinə uyğun bağlayıcılarla hamar görünə bilər. Bu səbəblə hər cür tonal krem və pudra rahatlıqla tətbiq oluna bilər. 
- Göz makiyajında daha cəsur rənglər, işıltılar istifadə edilə bilər. Çox kölgələr edilib dumanlı baxışlar əldə edilə bilər. Hər cür ten texnikası tətbiq oluna bilər, göz böyüdülə bilər. İstəyə görə qalın eye liner və ya qələm çəkilə bilər. Qaşlar diqqətə çarpanlaşdırılıb kirpik üçün tuşla baxışlar daha dərin hala gətirilə bilər. 

Gecə makiyajında diqqət edilməsi lazım olanlar 

- Gecə makiyajında göz altları bir az daha işıqlıq qala bilər. 
- Ənliyi gündüzə nisbətlə çox daha çox və rəngli çəkmək lazımdır. 
- Dodaqlar da daha rəngli və diqqətə çarpan ola bilər (İstəyə görə qırmızı ,tünd qırmızı pomadalar istifadə edilə bilər). Pomadanın daha çox dayanması üçün də bu mövsüm olduqca trend dodaq qələmləri çəkilə bilər. 

Gecə makiyajında, insan üz xəttlərinə və gözlərinə yaraşan, edə biləcəyi hər cür makiyajı edə bilər. Əhəmiyyətli olan hara gedildiyi və nə geyildiyidir. Gedilən yerə və geyilən paltara görə makiyaj edilməlidir. Demək istədiyim budur ki, bir kinoya və ya yeməyə gedərkən  makiyajla, partiyaya və ya toya gedərkən ki makiyaj eyni olmamalıdır. 

Gündüzdən gecəyə keçiş necə edilə bilər? 

Təbii bir gündüz makiyajından gecə makiyajına keçiş, ən sürətli bir şəkildə, qırmızı və ya tünd qırmızı pomada sürərək ola bilər. Bir az daha vaxt varsa, qalın bir eye liner və ya qələm çəkib bol kirpik üçün tuş çəkilə bilər. Üz canlı rəngdə bir ənliklə gözlər də tenlə rəngləndirilə bilər. 
 
/Mənbə.Qadınlar.biz/ скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!