Linza İstifadə edənlər necə makiyaj etməli?

Linza  İstifadə edənlər necə makiyaj etməli?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 33
Linzalarınızı daim makiyajdan əvvəl taxmalısınız.  Makiyaj sonrası linza  taxmaq üçün bu işdə mütəxəssis olmaq lazımdır. Bunu makiyajı pozmadan ya da linzalarınıza makiyaj bulaşdırıb fikirinizi pozmadan etmək həm olduqca çətindir həm də sizi gərəksiz bir riskə və stressə salar.



Pudra



Toz pudralar yerinə yığcam (sıxışdırılmış) pudralar istifadə edin. Beləcə pudra partiküllerinin gözünüzə qaçma riskini aşağı  endirmiş olarsınız.



Ənlik



Ənlik çəkərkən tozlanmağı minimuma endirmək üçün fırçanı üzünüzdə yavaşca gəzdirin, zərbələrdən qaçın. Yumşaq tükləri olan böyük və təmiz bir fırçayla ənliyinizin çoxunu alın. Gözlərinizi bu əməliyyat əsnasında bağlı tutun.

Linza  İstifadə edənlər necə makiyaj etməli?
Göz teni



Maye göz tenlərini istifadə edin, çox daha məhsuldar olduğunu fərq edəcəksiniz. Əgər mütləq toz tenlərdən istifadə edəcəksinizsə, hər tətbiqdə az -az  istifadə etməyə çalışın. Tətbiqi mütləq süngər uclu bir aplikatör köməyiylə edin və teni çəkmədən əvvəl süngərin üzərindən çoxluqları yox etdiyinizdən əmin olun. Beləcə gözə və linza altına  tenpartiküllerinin girməsinə mane olarsınız. Hansı ten növünü istifadə etsəniz istifadə edin, geniş və enlemesine zərbələr yerinə qısa və boylamasına zərbələrlə tətbiq edin. Beləcə linzalarınızın  yerindən oynama riskini azaldarsınız.



Eye-liner



Maye və ya qələm şəklindəki eye-linerı heç bir şəkildə alt gözün iç qisiminə çəkməyi. Gözün alt kənarını çəkmək üçün kiçik zərbələr tətbiq edin. Yumşaq uclu qələm eye-linerlar seçim edin.



 Kirpik üçün tuş



Çox kirpik üçün tuş növlərini istifadə etmənizdə heç bir qorxu yoxdur. Ancaq kirpiklərin həcmini artırmaq üçün içində mikro liflər saxlayan kirpik üçün tuşlardan qaçın. Bu liflər gözlərinə qaça bilər.
 
/Mənbə.Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!