Yağlı dərilər üçün makiyaj təklifləri

Yağlı dərilər üçün makiyaj təklifləri
Makiyaj, Manikür, Pedikür
10.09.2017 20
Yağlı bir dəriyə sahibsinizsə, makiyaj edərkən bəzi pik nöqtələrini tətbiqiniz lazımdır deməkdir. Çünki yağlı dərilər makiyajın doğru edilməməsi halında qısa müddətdə bərbad bir görünüş sərgiləmənizə səbəb ola bilər. Əvvəlcə dərinizi makiyaj əvvəli tonik yaxud yağ əsaslı olmayan bir vəsait ilə təmizləməlisiniz. Ardından tonal kremin tətbiqinə keçə bilərsiniz. Yağlı dərilər üçün uyğun sabun istifadə etmək də olduqca əhəmiyyətlidir.



Ancaq tonal kreminiz də dodaq boyası və ten kimi bütün makiyaj vəsaitlərinizdə olduğu kimi əsla yağ əsaslı olmamalıdır. Tonal krem sonrasında mütləq pudra istifadə edərək tonal kreminizi  sabitləməniz lazımdır. Pudranı üzünüzə yüngül toxunuşlar edərək çəkməlisiniz. Pudra çəkərkən fırça ya da süngər istifadə etməyə diqqət edin!



Ten tətbiqindən əvvəl göz qapaqlarınıza da çox incə və yüngül şəkildə pudra çəksəniz teniniz qısa müddətdə topalanmayacaqdır. Eyni tətbiqi dodaqlarınıza da edə bilərsiniz. Əgər dəriniz çox yağlı isə pomada yerinə yalnız dodaq qələmi istifadə etmənizdə fayda var. Çünki dağılmış bir pomada qədər qadınları naxoş göstərən başqa bir görünüş yoxdur!


/Mənbə.Qadınlar.Biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!