Mat dodaq boyası çəkmənin pik nöqtəsi

Mat dodaq boyası çəkmənin pik nöqtəsi
Makiyaj, Manikür, Pedikür
10.09.2017 46
Mat dodaq boyası, sətan paltar ilə ekvivalentdir. Gözəli və çirkini elə o andaca müəyyən edər. Mat dodaq boyası sürtmədən əvvəl mütləq bu yazını oxumalısınız...

Mat tərkibli dodaq boyalarını tədbiq etmək bir az çətin ola bilir. Siz də mat dodaq boyası ürtmə həvəsinə qapılanlardansınızsa, bu işin kiçik pik nöqtəsini mütləq öyrənməlisiniz.

Dodaq üzərindəki ən kiçik xətti, çatlamış dərini belə müəyyən etmək istəsəniz, dərhal mat dodaq boyası sürtün deyərik. Mat dodaq boyaları, ən kiçik əyriliyi belə müəyyən edərlər. Dərinizə necə baxım edirsinizsə, dodaqlarınıza da eyni diqqəti göstərməlisiniz.


Peeling vacibdir!

Dodaq boyası sürtmədən əvvəl dodaqlarınıza mütləq peeling edin. Üzünüz üçün olan məhsulu istifadə edə bilərsiniz. Ya da dodaqlarınızı diş fırçası ilə fırçalaya bilərsiniz. Fırçalamaq, çox təsirli nəticə verər! Bu əməliyyatlardan sonra dodaq qoruyucusunu nəmləndirici olaraq sürtüb ardından dodaq boyanızı tətbiq edin.



Bir də, gecələri yatmadan əvvəl dəri bərpa edici bir krem ilə (Bepanthol kimi) dodaqlarınızı nəmləndirsəniz, ertəsi səhər qüsursuz dodaqlarla oyanarsınız.



Lakin mat dodaq boyaları dodaqları qurutmağa meyllidir. Ona görə gün içində dodaq boyasını təzələmədən əvvəl altına mütləq nəmləndiricinizi sürtün. Dodaq boysının digər qatlarını nəmləndirici olmadan tətbiq etməyin. Yoxsa siz fərqində belə olmadan dodaqlarınız sizi qorxudacaq vəziyyətə gələ bilər!


Dolğun dodaq üçün parılddıcı tətbiqi: Dodaqlarınızın tam ortasına parıldadıcını toxundurun, yaymayın. Üstünə dodaq boyanızı sürtün. Prıldadıcıların yaradacağı efekt ilə dodaqlarınız daha dolğun görünəcək. Sınanmışdır bir təcrübədir!
 
/Mənbə.Qadınlar.Biz/


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!