Professionalların təklif etdiyi yeni gözəllik trendləri

Professionalların təklif etdiyi yeni gözəllik trendləri
Makiyaj, Manikür, Pedikür
10.09.2017 24
Yeni gözəllik trendlərini öyrənməyi çox sevirik və bu trendləri tətbiq etmək üçün ekspertləri izləyirik.
Makiyaj artistləri tutqunu olduqları stilləri açıqladılar.
 

 
 Tom Pecheux, vizajist: Tünd rənglər
Estée Lauderin Makiyaj Direktoru Tom Pecheux gecə makiyajı üçün tünd rəngləri təklif edir. Dodaqlarımızı şərab rəngləri və bordolar gözəlləşdirərkən, gözlərdə isə dumanlı makiyaj önə çıxır. Gözlərdəki dumanlı makiyaj trendi "smokey eyes" şərab qırmızısı, tünd mavi və liqroini yaşılı rəngləriylə növlərə ayrılır.
Bu görünüşü özümüzə necə tətbiq edə bilərik?
Göz makiyajımız üçün bədən və saç rəngimizlə uyğun bir rəng təyin edirik; bordo tonları tünd dəri rəngində olanların seçməsi lazım olan rənglərkən, açıq bədənlilər də dəniz mavisi ya da tünd yaşıl tonlarını seçməlidir.


[/b]
 
Max Delorme, vizajist: Metallik baxışMaybellinenin Makiyaj Kreatörü Max Delorme' a görə bu mövsüm baxışlarımızda metal parlaqlığı var. Metallik makiyajlar bu mövsümün ulduzlarındandır. Təcrübəli görünmək istəyərkən həddindən artığa qaçıb komik vəziyyətə düşməməyə diqqət yetirin.
Metallik göz makiyajını özümüzə necə tətbiq edəcəyik?
Metallik bir göz makiyajı üçün Delormenin tövsiyəsinə uyub, bir karandaş ya da mat ağ, qara ya da boz bir ten qarışdıra bilərsiniz. Etməməniz lazım olan şey isə solğun rənglər seçməkdir. Uzaq dayanmanız lazım olan başqa bir şey də göz qapağınıza yalnız parıldadıcı tətbiq etməkdir. Açıq rəngli göz qapağının üzərinə yalnız parıldadıcı tətbiq etmək böyük bir səhvdir!



 
[b]Ludovic Engrand, vizajist: Sədəf parlaqlığı
Shu Uemura və Urban Decayın makyörü və məsulu Engranda görə saçlarda olduğu kimi makiyajda da sədəf parlaqlığında, dəri rəngi və yaş görünüşlü üz xəttləri önə çıxır. Bu görünüş üçün dəri baxımına əhəmiyyət verməniz lazımdır. Hər gün üzünüzə nəmləndirici sürtməyə və baxım etməyə laqeyd yanaşmayın.
Sədəf parlaqlığı makiyaj trendini necə tətbiq edə bilərik?
Bütün gün boyunca və makiyaj etmədən əvvəl üzünüzə nəmləndirici baxım kremlərindən sürtün. Bu görünüşdə əhəmiyyətli olan dərinizin yaxşı nəmləndirilmiş və təzə bir görünüşə sahib olmasıdır. Dərinizdəki əyrilikləri aradan qaldırdığınız təqdirdə bu görünüşə çatmanız daha asan olacaq.
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!