Hamar əllər üçün məsləhətlər

Hamar əllər üçün məsləhətlər
Makiyaj, Manikür, Pedikür
10.09.2017 56
Çalışın əl dərinizi qurumasın. Yadda saxlayın ki, dəriniz hər nə qədər yumşaq olsa, bir o qədər qırışsız və hamar qalacaq. Buna nail olmaq üçün isə zeytun yağından istifadə edin. Yağı qaynatmaq vacibdir.
Adi zeytun yağı ələ çəkilərsə, o dərinin qaralmasına səbəb olacaq.
Qaynadılmış yağ isə bunun qarşısını almaq gücündədir.
Yağ soyuqdan sonra əllərinizə yaxşıca sürtün və polietinlə bağlayın.
Bir qədər saxladıqdan sinra səmərəsini görəcəksiniz.
Bu üsul nəmləndirici kremlərdən daha yaxşıdır və əllərinizi uzun müdd't yumşaq saxlayır.
Hazırlanması:
Kartof da zeytun yağından geri qalmır.
Kartofu bişirin, sonra əzin. Əzməyə heç nə qatmadan əlinizə çəkin.Bu dəfə kağızla möhkəm bağlayın.
Ən əsası isə əlləri gündə bir neçə dəfə yumşaq sabun və təmiz su ilə yumağı, quruduqdan sonra isə yaxşıca kremləməyi unutmayın. Həftədə iki dəfə əlləriniz çox yağlı kremlə masaj edin.
Tez-tez tərləyən əllər üçün isə ən yaxşı vasitə alkoqol və sudur.
Bir stəkan suya eyni miqdarda alkoqol əlavə edin.
Əllərinizi bu qarışığa bir neçə dəfə salın, tərli əllərdən əsər-əlamət qalmayacaq.
Sudan uzaq olun
Əllərə qulluq edərkən, dırnaqlarıda yaddan çıxartmayın. Yumşaq dırnaqların ən böyük düşmənləri sudur.
Buna görə qab yuyarkən əlcəkdən istifadə edin.
Qat-qat ayrılan dırnaqların qarşısını almaqda qliserin köməyinizə çatar.
Bir neçə damla qliserin eyni miqdarda limon suyunu qarışdırın.
Bu qarşığı hər gün dırnaqlarınıza sürtün.
Canlı, sağlam və parlaq dırnaqlar üçün bundan daha yaxşı məsləhət ola bilməz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!