Əllər üçün vannalar

Əllər üçün vannalar
Makiyaj, Manikür, Pedikür
10.09.2017 45
— Bərabər miqdarda olmaqla çobanyastığı, dazıotu, adaçayı, kalendula, bağayarpağı otlarını qarışdırın. Bu qarışıqdan 4-5 xörək qaşığı götürüb üzərinə 0,5 litr qaynar su əlavə edin, 10-15 dəqiqə vam odda saxlayın. Əllərinizi ilıq şəkildə olan bu dəmləmənin içərisində 10 dəqiqə saxlayın və bundan dərhal sonra (hələ ki, nəm olan dəriyə) əl üçün yağlı qidalandırıcı krem sürtün.



— 1 xörək qaşığı nişastanın üzərinə ½ litr ilıq su və 1 xörək qaşığı qatıq əlavə edib yaxşıca qarışdırın. Əlləri 10 dəqiqə vannada saxlayın, sonra salfetlə qurudub, su ilə yaxalamadan əllərinizə qidalandırıcı krem çəkin.



— Əllərin həddən artıq tərləməsi zamanı palıd qabığından hazırlanan dəmləmə yaxşı kömək edir. 3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su əlavə edib 15 dəqiqə vam odda qaynadırlar, sonra süzürlər. İlıq halda olan dəmləmədə əlləri 10 dəqiqə saxlayır, sonra yaxşıca qurudurlar. Əllərin tərləməsinin qarşısını almaq üçün boymadərən və adaçayı dəmləmələri də məsləhət görülür (hər otdan 1 xörək qaşığı + 1/2 litr qaynar su).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!