Dırnaqları ağartmaq üçün maska

Dırnaqları ağartmaq üçün maska
Makiyaj, Manikür, Pedikür
10.09.2017 98
Qaralmış və ya saralmış dırnaqları ağartmaq üçün 1 ədəd limonu iki hissəyə ayır. Sonra ayrılmış hissələrlə dırnaqları 5 dəqiqə masay et. Bu prosedur dırnaqqırağı əti yumşaldır.

Dırnaqlara qulluq maskalar ilə məhdudlaşmır. Onların yaxşı görünməsi üçün bir sıra tədbirlər görülməlidir:

1. Qidanıza jelatinli məhsullar əlavə edin, məsələn, jele, marmelad və s. Həmçinin süd məhsulları, balıq və dəniz məmulatları, yaşıl tərəvəz və həb şəklində olan Vitamin N (biotin) qəbul edin.



2. Gündəlik dırnaq ətrafında olan dərini barmaqlarınız və ya dəsmalla kənara çəkin. Onda onların kəsilməsinə ehtiyac yaranmayacaq.



Yarım stəkan bitki yağı, 5 damcı vitamin A və 3 damcı yodu qarışdır. Dırnaqları 20 dəqiqə ərzində həmin məhlulda saxla. Proseduru iki həftə ərzində hər gün təkrar etmək lazımdır. 3 ç.q qidalandırıcı krem, vitamin A və D-nin 1/3-i, vitamin E-nin isə 1 hissəsini yaxşı-yaxşı qarışdırıb lakdan təmizlənmiş dırnaqlara sürt. Prosedura 3 həftə ərzində hər gün edilməlidir



Məşhurların manikür ustalarının fikrincə, lak qabını ovucun içində bir neçə dəqiqə fırlatdıqdan sonra dırnağa çəkdikdə, lak dırnaqlara daha yaxşı yayılır.



Lakı sürtməmişdən öncə fırçanın bir tərəfini qabın divarlarına sürt, sonra isə dırnağın formasına uyğun yay. Onda lak dırnaqlarda səliqəli görünəcək.



Dairəşəkilli əşyadan tut. Bu zaman dırnaqlarını daha aydın görəcəksən. Lakı dırnaqların ortasından başlayaraq aşağıya doğru çək, sonra qıraqlarını doldur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!