İdeal makiyaj üçün düzgün kirşanı necə seçməli?

İdeal makiyaj üçün düzgün kirşanı necə seçməli?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 44
İdeal makiyaj üçün düzgün kirşan seçimi çox önəmlidir. Çox
vurğulanan üz qadınları bəzən cazibədar göstərmək yerinə, üzünə maska
taxmış kimi göstərə bilər. Bəs düzgün kirşanı necə seçmək lazımdır?
Kirşan seçimində nələrə diqqət etmək lazımdır?  
Səhvsiz variant şəffaf, yəni rəngsiz kirşan seçməkdədir. Onu
istənilən halda istifadə etmək olar. Üzünüzə tonal krem vurmusunuzsa,
kirşanın rəngi ona çox yaxın, uyğun olmalıdır. Üzə kirşan vurmamışdan
öncə mütləq üzdəki yağı quru salfetlə silmək lazımdır. Üzdə kirşanın
hamar durması üçün onu üzə vurmamışdan öncə fırça və ya süngərə azca
kirşan əlavə edib bir az silkələmək lazımdır ki, artıq kirşan üzərindən
çıxsın. Yaxud əvvəlcədən nəmləndirici krem çəkmək olar. Krem dəriyə
yaxşı hopduqdan sonra kirşanı üzünüzə çəkin. Üzdə ən çox alın, burun və
çənə hissələri kirşanla vurğulamaq lazımdır.
 
Problemli dəriyə necə kirşan vurmaq?
Həssas və problemli üzlər üçün məxsusi kirşanlar mövcuddur, onların
tərkibində üzü qıcıqlandırıcı maddələr olmur. Belə hallarda süngər,
fırça əvəzinə bir dəfə istifadə edib ata bildiyiniz pampıq parçasından
istifadə etməyiniz məsləhətdir. 
 
Hansı kirşanlardan uzaq durmaq lazımdır?
Rəngli kirşanları sınaqdan keçirtmək məsləhətli deyil. Çəhrayı,
yaşıl, açıq qızılgül rəngli və sarı tonlu kirşanlar peşəkar vizajistlər
tərəfindən istifadə edilir. Onlardan istifadə edib xüsusi effekt əldə
etmək xüsusi bacarıq tələb edir. Qızılı və gümüşü parıltılı kirşanları
alın nahiyəsinə vurmaq olmaz. Onları yalnız gecə makiyajında istifadə
etmək olar və üzün yuxarısında sümük yerlərə, qollara, sinəyə vurmaq
olar. Tünd rəngli (bronze) kirşanları gözətrafı zonalara vurmaq olmaz.
 
Tonal kremsiz mümkün deyil!
Müasir zamanda dəbə uyğun olan mükəmməl makiyaj tonal kremsiz
mümkün deyil, ən əsası da payız-qış aylarında. Amma keyfiyyətli və yaxşı
tonal krem tapmaq kifayət deyil, bundan düzgün istifadə etmək də
lazımdır. Vizajistlər söyləyirlər ki, qadın hansı yaşda olursa olsun
ideal makiyajda üz tamamilə saf və təmiz görünməlidir. Bir sözlə,
üzünüzdə ləkələr yoxdursa, problemlər yoxdursa, bu o demək deyil ki,
tonal kremdən istifadə etməməlisiz.
Əvvəllər mütəxəsislər söyləyirdilər ki, öz dərisindən tünd rəngli
kosmetikaya birdən keçmək olmaz. İndi bu, o qədər də aktual deyil, çünki
insanın dərisindən tünd, amma çox da gözə çarpmayan kosmetik məhsullar
mövcuddur. Əgər siz üzünüzə tünd rəngli kirşan və makiyaj vurmaqdan
çəkinirsizsə, tünd rəngli kirşanı alın, çənə, burun ucu və üzün yuxarı
hissəsində olan sümük yerinə vura bilərsiz. Çünki, ilk olaraq üzdə o
yerlər qızarır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!