Gözəllik ikonalarının makiyaj stilləri

Gözəllik ikonalarının makiyaj stilləri
Makiyaj, Manikür, Pedikür
10.09.2017 12
İllər keçsə də, gözəllikləri ilə ikonanı xatırladan məşhur qadınların makiyaj stillərini tətbiq edərək siz də onlar qədər cazibədar ola bilərsiniz.



Tviqqinin böyük gözləri

1960-cı illərin əfsanəvi adı, ingilis aktrisa-müğənni Tviqqi "Dünyanın ilk supermodeli” kimi tanınır. O illərdə bütün gənc qızlar saçlarını onun kimi kəsdirir, gözlərini onun kimi makiyaj edirdilər. Bəs onun bu stilindən bu gün də istifadə etməklə gözəlləşmək necə olar?



Bu cəlbedici göz makiyajını bir neçə sadə yolla özünüz də edə bilərsiniz. Əvvəlcə gözünüzün üstünə açıq rəngli göz kölgəsi vurun. Ardınca tünd boya ilə xəfif bir kölgə verin. Gözünüzün içinə isə ağ göz qələmi çəkin. Əsas məsələ isə bolluca tujdur. Həm üst, həm də alt kirpiklərinizə bacardığınız qədər çox tuj çəkin. Nəticədə, gözləriniz Tviqqininki qədər böyük görünəcək.



Qreys Kellinin parlaq dərisi

Amerikalı aktrisa, həqiqətən də, gözəllik ikonasını xatırladır. Makiyaj edərkən ən vacib şərtlərdən biri qüsursuz dəridir. Ancaq siz də Qreys Kelli kimi xrustal kimi dəriyə sahib ola bilərsiniz.



Deməli, dərinizi təmizləyərək və nəmləndirərək makiyaj üçün hazır hala gətirin. Ardınca üzünüzə makiyajın uzun müddət qalmasını təmin edən xüsusi krem çəkin.



Şəffaf bir makiyaj üçün seçəcəyiniz kirşanın rənginin abı rəngdə olması əhəmiyyət kəsb edir. Həmçinin, dərinin rəngiylə eynilik təşkil etməsi də vacibdir. Əgər üzünüzdə qırmızı və ya tünd rəngli ləkələr varsa, onları da makiyajla görünməz hala gətirməyi unutmayın.



Bricit Bardotun dodaqları

Yəqin ki, fransız aktrisa-müğənni Bricit Bardotun adını eşidəndə çoxlarının ağlına dolğun və hamar dodaqlar gəlir. Bardot 1950-ci illərin qadın obrazı olaraq yaddaşlarda qalıb. Feministliyi ilə diqqət çəkən bu gözəl qadın kimi dodaqlara sahib olmaq isə heç də xəyal deyil.



Belə hamar dodağınızın olmasını istəyirsinizsə, ilk növbədə, özünüzə xüsusi bir fırça ayırın. Həmin diş fırçası ilə dodaqlarınızı dairəvi hərəkətlərlə fırçalayın. Beləliklə, bu, qan dövranınızı sürətləndirəcək və dodaqlarınız daha canlı görünüş alacaq. Həmçinin, dodağınızın ölü dərisindən dər xilas olacaqsınız. Daha sonra dodaq boyanızdan bir qədər tünd dodaq qələmi ilə dodaqlarınızın ətrafını rəngləyin. Sonda xəfif işıltılı dodaq boyası sürtməklə hazır hesab olunursunuz.



Odri Hepbernin qalın qaşları

Demək olar ki, amerikalı kinoulduz Odri Hepberni sevməyən qadın yoxdur. 1950-60-cı illərin ən gözəl aktrisası hesab olunan Hepbern qalın qaşları ilə bir trend yaratmışdı. İllər sonra həmin trend yenə də dəb olaraq qalır. Ona görə də qaşlarınıza forma verdirərkən nazikləşdirilməsinə xüsusi fikir verin. Alınmasa, qaş üçün qələm və boyalar köməyinizə çatar. Saçlarınıza uyğun gələn bir boya ilə qaşlarınız arasındakı boşluqları doldurun və arzuladığınız nəticəni əldə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!