Soyuq havada əlləri yumşaq və hamar edən üsullar

Soyuq havada əlləri yumşaq və hamar edən üsullar
Makiyaj, Manikür, Pedikür
10.09.2017 49
Soyuq havaların gəlməsi ilə birlikdə mütəxəssislər quruyan və ekzema riski artan əllərimiz üçün bəzi tövsiyələr verirlər. Əllərə həmişəkindən çox diqqət göstərmək lazımdır. Qadınlar.biz dermatoloq Gökhan Okanın soyuq havalarda əlləri qorumaqla bağlı tövsiyələrini təqdim edir:



Soyuq havalarda quruyan və ekzema riski artan əllərimiz üçün mütəxəssis tövsiyələri:



Əlləri qurutmayan təmizləyicilər istifadə edin



Əllərinizi qurutmayan təmizləyici istifadəsinə önəm verin. Hər dəfə əlləri yuduqdan sonra əllərinizin nəmini itirdiyini unutmayın. Çünki sabun əlləri tez qurudur.



İlıq su ilə yuyun



Əllərin ilıq su ilə, dəri qurutmayan sabunlarla yuyulmasına diqqət edilməlidir.



Duş saatlarını qısaldın



Duş qəbulunun vaxtı qısaldılmalıdır. Uzun sürən vanna qəbulu, dərinin daha çox nəm itirməsinə səbəb olur.



Zeytun yağı və E vitamini



Şi yağı, qliserin, zeytun yağı və vitamin E tərkibli nəmləndiricilər əl sağlamlığı üçün faydalıdır.



Mətbəxdə əlcək geyinin



Mətbəxdə tərəvəz və meyvə doğrayan zaman əlcək geyinin.



Kremlərlə baryer yaradın



Xüsusilə dəri qıcıqlandırıcı maddələrlə təmasda olan zaman dəriyə baryer effekti yaradan kremlər faydalıdır. Baryer effektli kremlər dərinin üst təbəqəsini qoruyur, nəmləndirici xüsusiyyətindən əlavə üst təbəqədə baryer əmələ gətirmə xüsusiyyətindən dolayı kimyəvi maddələrin içəri girməsini əngəlləyirlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!