Burnu kiçik göstərən 5 makiyaj texnikası

Burnu kiçik göstərən 5 makiyaj texnikası
Makiyaj, Manikür, Pedikür
10.09.2017 18
Burnunun böyüklüyündən narahat olanlar bir çox makiyaj hiyləsinin mövcud olduğu vaxtlarda bunu özlərinə dərd etməməlidirlər.



Yanaqlar!

Ənlik istifadəsinə diqqət edin, ənliyi düzgün istifadə etsəniz, burnunuz sizi daha narahat etməyəcək. Gözlərdən buruna doğru yüngülcə çarpaz formada tətbiq edin!



Mat məhsullar!

Əgər burnunuz sizi narahat edirsə, üzünüzə çəkdiyiniz məhsulları həmişə mat tonlarda seçməlisiniz. Çünki parıltılı məhsullar burnun daha böyük görünməsini təmin edəcəkdir!



Dəri tonu!

Dərinin həqiqi tonundan iki ton daha tünd tonal kremlə burunun daha kiçik görünməsini təmin edə bilərsiniz.



Kontur!

Məhz bu üsulla buruna istədiyiniz şəkli verməyiniz mümkündür! Burnunuzu konturlayıb fırçanın köməyi ilə dağıtsanız istədiyiniz nəticəni əldə edə bilərsiniz!



Bronzer!

Burun nahiyəsində yüngül bronzer istifadə edin və fərqi görün!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!