Yağışlı havalar üçün makiyaj hiylələri

Yağışlı havalar üçün makiyaj hiylələri
Makiyaj, Manikür, Pedikür
10.09.2017 33
Yağışlı havalarda tonal krem çəkmək problemlərə səbəb ola bilir. Çünki su dəyəndə tonal krem axır və dərinin rəngi korlanır. Ona görə də belə havalarda suya davamlı tonal kremlərdən istifadə etmək lazımdır.



Tonal krem çəkməyi xoşlamayanlar keyfiyyətli məhsul istehsal edən brendlərin "BB” və "CC” kremlərindən istifadə edə bilərlər.



Suya davamlı tuş çəkin



Tonal krem kimi tuş da yağışla təmasa keçdikdə axır və göz altlarının qaralmasına səbəb olur. Belə hallarla üzləşmək istəmirsinizsə, mütləq suya davamlı tuş çəkin. Göz qələminiz və layneriniz də suya davamlı olmalıdır.



Krem şəklindəki ənliklərdən istifadə edin



Toz şəklindəki ənliklər yağışlı havalarda qalıcı olmur. Əgər makiyajınızın evdən çıxdıqdan beş dəqiqə sonra pozulmasını istəmirsinizsə, krem ənliklərə üstünlük verin.



Baza kremdən istifadə edin



Makiyajınızın hər hava şəraitinə dözümlü olması üçün mütləq "Primer"dən istifadə etməlisiniz. Bu kosmetik vasitəni makiyajdan öncə təmiz dəriyə çəkmək lazımdır. Daha sonra tonal krem və digər kosmetik vasitələri çəkə bilərsiniz. Bu krem makiyajın üzdə qalıcı olmasında böyük rol oynayır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!