Göz qələmi və eyeliner necə istifadə olunmalıdır?

Göz qələmi və eyeliner necə istifadə olunmalıdır?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 16
Eyeliner və göz qələmi istifadə etmədən əvvəl bilməyiniz lazım olan ən əhəmiyyətli şey hər iki vəsaitin də mümkün olduqca incə xəttlərlə çəkilməsidir. Bu  gözü daha gözəl göstərir.



Qara göz qələmi  qara saçlı və əsmər  qadınlar üçün çox uyğundur. Digər qadınlar bu rəngdə olan göz qələmi və eyeliner istifadə etdikdə  tünd görünə bilər.

Ağ dəriyə sahib olan qadınlar  qəhvəyi ya da boz tonlarına üstünlük verməlidir. Gecə isə  gözə çəkilən tenə uyğun rəngli bir qələm seçilməlidir.

Eyeliner’ı  incə uclu bir fırçayla çəkdikdə  gözəl bir görünüş meydana gələcək.

eyeliner



Eyeliner çəkmək üçün:

Mümkün olduqca aşağıya  baxın və  üst göz qapağınızdakı kirpiklərin dibinə  yaxın bir xətt çəkin.

Bu xətt göz quyruğunda sona çatmalı, xaricə doğru uzamamalıdır. Alt göz qapağına xətt çəkmək istəmirsinizsə, buraya eyeliner’la yan-yana nöqtələr qoyun və ya əyriləməsinə  qısa-qısa xəttlər çəkin.

Bəzən gözün üst qapağındakı kirpiklərin altına xətt çəkilməsi də xoş bir görünüş qazandırır. Bunun da yenə incə və düz olmasına diqqət edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!