Gündüz makiyajı üçün 8 ipucu

Gündüz makiyajı üçün 8 ipucu
Makiyaj, Manikür, Pedikür
10.09.2017 20
1) Gündüz makiyajının məqsədi üzümüzə  canlı bir görüntü verməkdir. Buna görə də təbii rənglərdən istifadə etməyiniz məsləhətdir.



2) Fəsildən asılı olmayaraq ya günəş kremindən, ya da içində SPF ( günəşdən qoruma faktoru) olan makiyaj vasitələrindən istifadə edin.



3) Gün işığı makiyajınızdakı bütün qüsurları ortaya çıxaracaq. Buna görə də dəri makiyajınıza xüsusilə önəm verməlisiniz. Lazım olandan daha artıq tonal krem, korrektor istifadə etməməyə diqqət edin. Bundan əlavə boynunuzla üzünüz arasında rəng fərqi olmamasına diqqət edin.



4) Gündəlik istifadə üçün BB kremlərdən istifadə edin. BB kremlər həm təbii görünür, həm nəmləndirir, həm də günəşdən qoruyur. Örtülməsi lazım olan yerlər üçün korrektor istifadə edə bilərsiniz.



5) Dərisi yağlı olan və parlamağı sevməyən xanımlar rəngsiz ( transparan ) pudralardan istifadə edə bilər.



6) Azca ənlik ( rumyana ) üzünüzə rəng qatacaq.



7) Göz makiyajında qəhvəyi tonlara üstünlük verin. Sürmə və ya karandaş çəkməyə də bilərsiniz , amma məncə tuş olmazsa olmaz.



8) Təbii rənglərdə dodaq boyaları və ya rəngli nəmləndiricilər istifadə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!