Göz şəklinə görə makiyaj qaydaları

Göz şəklinə görə makiyaj qaydaları
Makiyaj, Manikür, Pedikür
10.09.2017 53
Yumru gözlər
Bir tünd, bir açıq tonda göz kölgəsi seçin. Rənglər bir-birinə uyğun olmalıdır.
Açıq rəng tonunu göz qapağna tamamən sürtün. Tünd tonu isə gözün hərəkətli olan qisminə sürtün. Gözə bir az uzunluq qatmaq üçün kölgələri bir-birinə uğunlaşdırarkən gözün xaricinə və yuxarıya doğru da tətbiq edin. Göz qapağının üstündə kirpiklərin dibinə uzun nazik qələm çəkin və ucunu bir az yuxarıya doğru aparın. Kirpiklərinizə ikiqat tuj sürtün.
 
Düşük (aşağı) gözlər
Bir-birini tamamlayan rənglərdə 3 göz kölgəsi seçin. Biri açıq, bir orta, biri isə tünd rəng olmalıdır. Tünd rəng göz kölgəsi ilə alt kirpiklərinizin ortasından başlayıb bayıra doğru bir cizgi çəkin. Cizginin ucunu göz kənarında bir az yuxarı qaldırın. Eyni şeyi üst kipriklərinizin üzərində də edin və cizgiləri birləşdirin. Qulaq təmizləyici çöplə kölgəni yayaraq yüngülləşdirin. Açıq rəngi bütün üst göz qapağına sürtün. Orta tondakı göz kölgəsi ilə gözün kənarına kölgə edin. Kirpiklərinizə ikiqat tuj sürtün.
 
Ayırıq (diskret) gözlər
Yumşaq tonda şabalıd rəng göz kölgəsi ilə tünd rəng göz kölgəsi seçin.
Şabalıd rəng göz kölgəsini burnunuzla gözünüzün arasındakı qismə sürtün. Yaxşıca dağıdaraq kölgə kimi göstərin. Tünd rəngi gözün hərəkətli qisminə sürtün. Eyni rənglə göz kənarına doğru yuvarlayaraq çəkin. Tünd rəng qələmlə göz qapağının üstünə və içinə çəkin.
Sadəcə üst kirpiklərinizə ikiqat tuj sürtün.
 
Kiçik gözlər
Bir tünd, bir də açıq ton göz kölgəsi seçin.
Üst göz qapağının tamamına açıq tonu sürtün. Tünd rəng bir qələmlə kirpik diblərinə cizgi çəkərək göz çevrəsini dəqiqləşdirin. Cizgini bayıra doğru uzadın.
Tünd rəng tonu gözün kənarından göz çuxurunun üzərinə sürtün. Kölgəni bayıra doğru yüngülcə dağıdın. Gözün iç kənarına ağ rəng göz kölgəsi sürtün. Rəngləri bir-birinə yaxşıca yedirin. İkiqat tuj çəkin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!