Sürətli makiyaj təklifləri

Sürətli makiyaj təklifləri
Makiyaj, Manikür, Pedikür
10.09.2017 37
Bədən
* Dəriniz donuqsa ərik və bej tonlarında bir makiyaj altı çəkin.
* Gözaltlarınızda qaralmalar, üzünüzdə sızanaq və qızarıqlıqlar varsa, mütləq bir bağlayıcı (concealer) istifadə edin. Rəngi dərinizdən bir ya da iki ton açıq olmalı. Bağlayıcını barmaqlarınızla dərinizə yaxşıca yedirin.
* Tonal kreminizi tətbiq edin. Tonal kremin rəngini dərinizlə eyni tonda və ya yarım ton daha açıq seçin.
* Böyük bir fırça ilə pudranızı və ənliyinizi çəkin.
Göz
* Üst göz qapağınızın hamısına göz teni vurun.
* Gözlərin tünd rəng isə ideal fara rəngləriniz bej və sədəf tonlarıdır. Açıq rəng gözlərdə hər rəng rahatlıqla istifadə edilə bilər. Boz, qara və qəhvə rəngi dərin bir baxış,mavi və yaşıl tonları isə daha gənc bir görünüş verər.
* Gözlərin böyüksə göz içinə, kiçiksə kirpik diblərindən qələm çəkin. Pambıqlı çubuq ilə xətti paylayıb kölgələndirin.
* Kirpiklərinizi darayın və iki qat tuş vurun.
Dodaq
* Dodaq qələmi istifadə edirsinizsə, pomadanıza uyğun bir rənglə dodaqlarınıza kontur çəkin.
* Fırça ilə pomadanızı vurun. Dodaqlarınızın tam ortasına bir parça parladıcı əlavə edin.

Və artıq hazırsınız! Hazırlanmaq heç bu qədər asan olmamışdı, deyilmi?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!