Dırnaq boyası çəkərkən bunlara diqqət edin - MƏSLƏHƏT

Dırnaq boyası çəkərkən bunlara diqqət edin - MƏSLƏHƏT
Makiyaj, Manikür, Pedikür
10.09.2017 73
Qadınların vazkeçilməzi gözəllik vərdişlərindən olan dırnaq boyası çəkmək göründüyü kimi asan deyil.
Dırnaq boyası çəkərkən 3 fırça zərbəsi etməniz ən yaxşı yoldur. İlk əvvəl fırçanı boyaya batırıb dırnağınızın uc qisminə çəkin. Sonra dırnağınızın dibindən başlayıb fırçanı sağa, sola və ortaya hərəkət elətdirin. Boyanın dağılması öz işidir. Fırçayla yalnız yardımcı ola bilərsiz.
Köhnəlmiş dodaq boyası fırçalarından dırnaqlarınızın kənarındakı boyanı düzəltmək üçün istifadə edin. Fırçanı asetonun içinə batırıb dırnağınızın ətrafını bununla təmizləyin.
Ağ boya seçərkən qalın və sürüşkən olmasına diqqət edin. Boya seçərkən fırçanı qapağın atına çəkib test edin. Əgər incə bir qat çəkirsə, yetərincə piqmenti yoxdur.
Dırnaqlarınızı öz təbii halı ilə qurumasına qoyun.
Dırnaqlarınızın yeni manikür edilmiş kimi görünməsi üçün dırnaq əti yağından istifadə edin. Dırnaqlarınıza boya çəkdikdən sonra bu yağdan istifadə edin. Əgər yanlışlıqla dırnağınızı bir yerə toxundursanız, dırnaq yağı boyanın pozulmasına imkan verməyəcək.
Dırnaqlarınızı boyadıqdan sonra soyuq suyun altına tutun. Bu, boyanın daha tez qurumasına kömək edəcək.
Neon boyanın önə çıxmasını istəyirsizsə, dırnaqlarınıza ağ və ya rəngsiz tonlarda boya sürtün.
Dırnaq boyanızı qalın deyil,  3 incə qat şəklində çəkin.
Dırnaq boyalarınızı soyuducu kimi sərin və qaranlıq bir yerdə saxlayın. Günəş işığı və isti boyanın rəngini və qalınlığını pozar.
Boyanı heç vaxt başı aşağı sallamayın. Bunun yerinə dik tutaraq əllərinizin arasında önə arxaya doğru hərəkət elətdirin. Bu, içində hava qabarcığının olmasını əngəlləyəcək.
Dırnağınızı əhatələyən dərini əsla kəsməyin.
Dırnaqlarınızı pilkalayarkən önə arxaya doğru etməyin. Hər istiqamətdə edin, əks təqdirdə ucları qüsurlu qalar. Dırnaqların qırılmasına, korlanmasına səbəb olar.
Dırnaq boyası çəkdikdən sonra çimməyə, ya qab yumağa çalışmayın. İsti su boyanın düşmənidir. Dırnaq yatağını genişləndirdiyindən boyanın çatlamasına səbəb olar.
Əgər dırnaqlarınız qurudursa, tərkibində aseton olmayan təmizləyici vasitələrdən istifadə edin
Simli, ya zərli boyalar daha uzun müddət qalır.
Rəngli boyadan sonra dırnaqların düz ucuna qədər rəngsiz boya sürtün ki, klaviaturada yazarkən boya silinməsin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!