Gözəl manikür etməyi bacarırsınızmı?

Gözəl manikür etməyi bacarırsınızmı?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 28
Dırnaqları bütün qadınların ən qiymətli daşları kimidir. Artıq günümüzdə o qədər çox kosmetik və baxım məhsulları mövcuddur ki, qadınlarımıza bir çox mövzuda asanlıq və müxtəlif variantlar təqdim edilir. Yaxşı, qadın baxımında ən böyük rol oynayan və bir qadın üçün əhəmiyyətli olan manikürün edilməsində əhəmiyyətli ünsürlər və incəliklər nələrdir ?



Birinci addım

Manikür etməzdən əvvəl dırnaqlarımız ən təbii halı ilə qalacaq şəkildə təmiz olmalıdır. Yəni dırnaqlarınızda boya və başqa qalıqlar vardırsa təmizləyin. Bir dırnaq boyası təmizləyicisi tökülmüş pambığın köməyi ilə dırnaqlarınızdakı boyanı təmizləyərkən, boyanın dırnaq ətlərinizə bulaşmamasına diqqət edin.



İkinci addım

Dırnaqlarınızı qısaltmaq kimi əməliyyatlar etməniz lazımdırsa bu addımda tətbiq edin. Bir dırnaq qayçısı ilə istəyə görə qısaldılan dırnaqlar, dırnaq mişarı (pilka) və başqa bir alə ilə formaya salın. Dırnaqlara mişar ilə forma verərkən, "ortadan yanlara və yanlardan ortaya" doğru yumşaq hərəkətlər ilə mişarlayaraq forma verin.



Üçüncü addım

Forma verdiyimiz dırnaqlarımızı uyğun bir yumşaldıcı (xüsusi manikür tozları, şampun kimi) tökdüyümüz ilıq suyun içərisinə qoyuruq və 10 - 15 dəqiqəyə qədər əllərimizi ilıq suda saxlayırıq.



Dördüncü addım

Yumşalmış dırnaq ətlərimizi dırnaq əridicilər ilə zəiflədərək geriyə itələtdiririk. Dırnaq ətlərinizi geriyə itələyə biləcəyiniz kimi xüsusi qayçı ilə kəsərək tamamilə təmizləmə əməliyyatı da edə bilərsiniz. Ancaq dırnaq ətlərinin kəsilməsi diqqət və gigiyena istəyən bir əməliyyatdır. Buna görə istifadə edilən dırnaq qayçısının ə xüsusi olması lazımlıdır. Gigiyena yalnız manikür əsnasında deyil, manikürdən sonra əllərini dezinfeksiya etdiyinizdə də davam edir. Çünki manikür əsnasında dırnaq ətlərinizin kəsilməsi sayəsində, meydana çıxan dəri açıqları, 4 saat boyunca infeksiya riski daşıyır. Bunun üçün xüsusi olaraq çıxarılan antiseptik məhsullarla infeksiyanın qarşısını ala bilərsiniz.



Dırnağın səhv manikürü və dırnaq əti götürmə əməliyyatlarının dırnaqların qırılmasından, mikrob düşməsinə qədər bir çox ciddi problemə səbəb olacağını unutmamaq lazımdır.



Beşinci addım

İndi bütün əməliyyatlarımızı reallaşdırmış olduq və dırnaq boyamızı tətbiq edə bilərik. Dırnağımızın ortasından başlayaraq incə bir təbəqə, ilk qat boyamızı sürtüyürük. Bütün dırnaqlarımıza lakımızı sürtdükdən sonra istəyə görə ikinci qatımızı vura bilərik.



Altıncı addım

Bütün əməliyyatlar sona çatdıqda isə əllərimiz və ayaqlarımızın nəmini qorumaq üçün, uyğun nəmləndirici kremlər sürtülməsi tövsiyə edilir.



Manikür edərkən nələrə diqqət etməliyik ?



Dırnaq baxımının təməli olan manikür dırnaq boyası və dırnaq üzərinə edilən baxımı daha da cazibədar hala gətirər. Bunun üçün manikürdə bəzi məqamlara diqqət etmək lazımdır.

Yaxşı və keyfiyyətli bir manikürün təməli əməliyyat əsnasında istifadə ediləcək olan vəsaitlərin keyfiyyətidir. Əməliyyat əsnasında seçilən dırnaq maşası, qayçılar və dırnaq baxım məhsulları böyük əhəmiyyət daşıyır.



Əməliyyat əsnasında səhv manikür, dırnaq səthinin sərt vəsaitlərlə çəkilməsi dırnaq səthinə zərər verir, dırnaqların çatlaması, qırılması və iki hissəyə parçalanan dırnaqlarının meydana gəlməsinə səbəb olur. Bu səbəblə dırnaq ətlərinin açılmasının sərt vəsaitlər ilə edilməməsi vacibdir. Dırnaqları mişarlayarkən yanlardan ortaya doğru yumşaq bir şəkildə etmək əhəmiyyətlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!