Dodaq boyası haqqında maraqlı məlumatlar

Dodaq boyası haqqında maraqlı məlumatlar
Makiyaj, Manikür, Pedikür
10.09.2017 12
Misirin ən məşhur şahzadəsi, Kleopatra, dodaqlarını al-qırmızı rəngə boyamaq üçün qurudulmuş al-qırmızı böcəklərdən istifadə edirdi.



Pomada XVI əsrdə İngiltərə kraliçası I Yelizavetta və bir sıra ledilərin sayəsində məşhur olmuşdur. Onlar dodaqlarını mumla qırmızı civə sulfidin qarışığı ilə rəngləyirdilər.



İlk sıxılmış pomada bazarda 1915-ci ildə peyda oldu.



Qadınlar həyat ərzində orta hesabla dodaqlarından 4-6 funt pomada "yeyirlər". İndi siz yeməkdən sonra pomadanın nəyə lazım olduğunu bilirsiniz!



İslamın Qızıl Əsrində, ərəb həkimi və kimyaçısı Abu əl-Kəzim əl-Zəxroi (Abulkasis) sıxılmış formada olan ətir və digər komponentlərdən ibarət bərk pomada kəşf etdi. O, pomadanın istehsal prosesini özünün tibb və cərrahiyyə ensiklopediyası olan Əl-Təsrif kitabında təsvir etmişdir.



1770-ci ildə Böyük Britaniya parlamenti qanun qəbul etdi ki, pomadadan istifadə edən qadınlar cadugarlıqda ittiham olun bilərlər.



1930-cu ildə məşhur vizaj ustası, Maks Faktor dodaqlar üçün parıltı icad etdi.



İkinci dünya müharibəsində pomadanın məşhurluğu kino sənayesinə görə artdı və qadınlar tərəfindən kosmetikadan istifadə gündəlik hala çevrildi.



1950-ci ildə Amerika əsilli kimyaçı Xeyzel Bişop öpüş üçün yuyulmayan və uzunmüddətli pomada kəşf etdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!