Dırnaqlara qulluq edilməsi

Dırnaqlara qulluq edilməsi
Makiyaj, Manikür, Pedikür
10.09.2017 55
Dırnaqlar ölmüş hüceyrələrdən - keratindən təşkil olunmuşdur. Buna görə də onları zədələdikdə qan gəlmir və ağrı hiss olunmur.

Dırnağın görünən hissəsi onun gövdəsi, dəri altında gizlənən görünməyən hissəsi isə onun kökü adlanır. Dırnağın kökünü kutikula adlanan nazik dəri qatı örtür. Dırnaq hüceyrələri onun alt qatında - matrisada formalaşır. Əgər matrisa ciddi zədələnərsə, dırnaq ölür.

Sağlam dırnaq elastik, kifayət qədər möhkəmdir, normal yağlılığa, hamarlığa, parıltıya malikdir, qırılmır və parçalanmır. O, rəngsiz və şəffafdır. Ona çəhrayı rəngi dırnaq yatağında yerləşən kapilyarlar verir. Adətən, 3 aya dırnaq 1 sm uzanır. 3-6 ay ərzində dırnaq tamamilə yenilənir. Dırnaqların vəziyyətinə insanın sağlamlığı, həmçinin spirtli içkilərin qəbul edilməsi, siqaret çəkmək kimi pis adətlər də təsir göstərir. Əgər hiss etsəniz ki, dırnaqlarınız çox pis uzanır, ovulur və s., o zaman həkimə müraciət edin, belə ki, bu hər hansı bir ciddi xəstəliyin (endokrin sistemı, böyrək və s.) əlaməti də ola bilər.

Sağlamlıqla bağlı problemlərdən başqa, dırnaqları onlara düzgün qulluq edilməməsi də korlaya bilər (keyfiyyətsiz dırnaq boyası və onu silmək üçün kosmetik vasitələrdən istifadə edilməsi, dırnaqların tez-tez uzadılması və s.). Dırnaqların parçalanması və qırılmasının digər səbəbləri irsi faktor, vitamin və mineral çatışmazlığı, mexaniki zədələr, bəzi dırnaq xəstəlikləri (məsələn, göbələk) ola bilər.

Dırnaqların möhkəm böyüməsi üçün düzgün qidalanmaq, həmçinin vaxtaşırı olaraq vitamin və mikroelementlər kompleksləri qəbul etmək lazımdır. Hal-hazırda satışda qadınlar üçün dırnaq və saçların vəziyyətini yaxşılaşdıran xüsusi vitamin kompleksləri vardır. Tərkibində keramidlər, vitaminlər və s. olan xüsusi yağlardan istifadə etməklə dırnaqlara yaxşı qulluq etmək olar.

Evdə dırnaqlara vannalar etmək də çox xeyirlidir. Az miqdarda zeytun yağını qızdırın, üzərinə bir neçə damcı yağlı vitamin A məhlulu əlavə edin, barmaqların ucunu bu qarışığın içərisinə salıb 10 dəqiqə saxlayın. Digər vanna - 1 çay qaşığı xörək duzunu ilıq suda qarışdırın, az miqdarda limon şirəsi əlavə edin.скачать dle 11.3
mənbə: saglamolun_az


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!