Dırnaq əti niyə soyulur?

Dırnaq əti niyə soyulur?
Makiyaj, Manikür, Pedikür
10.09.2017 27
Dırnaq əti niyə soyulur?

Dırnaqlarımızın kənarındakı ətlərin soyulmasından çoxumuz əziyyət
çəkirik. Bəzən onları əlimizlə qopartmağa da çalışırıq. Amma bu həm
ağrıdar həm də qopartdığımız yerə infeksiya düşməsinə səbəb ola bilər.
İndi isə gəlin dırnaq ətlərinin soyulması səbəbini və bunun qarşısını
necə almaq lazım olduğu haqqında danışaq.

Dırnaq əti problemi əsasən baxımsız dırnaqlardan, C vitamini
çatışmamazlığından, soyuq və quru mühitdə olmaqdan qaynaqlanır. Mövcud
problemdən xilas olmaq istəyisinizsə aşağıdakılara əməl etməlisiniz.



1. Dırnaq və dırnaq kənarı ətlərinizin yumşaq və nəm saxlamağa çalışın.
Nəmləndirici kreminizi təkcə əllərinizə deyil, həmçinin dırnaqlarınıza
da yedirdərək massaj edin.

2. Qliserinin içinə yarım limonun suyunu sıxaraq qarışdırın. Alınan
kütləni əllərinizi təmiz yuduqdan sonra barmaqlarınıza sürtüb 20 dəqiqə
saxlayın.

3. Dediyimiz kimi bu problem C vitamin çatışmamazlığından da
qaynaqlandığı üçün narıngi, portağal, qreyfrut, limon və digər C
vitamini ehtiva edən məhsullar yeyin. Eyni zamanda yay aylarında arada
bir C vitamini də qəbul edə bilərsiniz.

4. Bir-iki dilim limonu dırnaqlarınıza sürtüb 3-4 dəqiqə sonra isti su
ilə yumaq da dırnaq ətlərinin soyulmasının qarşısını alır.

5. Lak və aseton dırnaqlar kimi dırnaq ətlərinə də zərər verir. Ona görə də bu iki vasitədən mümkünsə az istifadə edin.

6. Yemək hazırlayarkən, qab yuyarkən əlcək istifadə etməyiniz məsləhətdir.

7. Tez-tez manikür etməyin. Bu dırnaqların səliqəli və gözəl görünməsinə
səbəb olsa da, dırnaq və dırnaq ətlərinə çox zərər verir.

8. Əgər dırnaq ətlərinizi qopartmaq fikriniz varsa, əvvəlcə əllərinizi
təmiz yuyun, sonra da əti dartacaq, kəsəcək alətləri spirtləyin. Bundan
sonra dırnaq ətini dərinə getmədən, toxumalara zərər vermədən ehtiyatla
kəsin. Amma unutmayın bununla siz müəyyən müddət dırnaq ətlərindən azad
ola bilərsiz. Əgər dırnaq ətlərinizin qabarmasını, sərtləşməsini,
soyulmasını istəmirsinizsə mütləq və mütləq yuxarıda sadaladığımız
üsullardan istifadə edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!