Yeni gözəllik trendi: alınmamış qaşlar

Yeni gözəllik trendi: alınmamış qaşlar
Makiyaj, Manikür, Pedikür
10.09.2017 56
Vaxtı ilə qadınlar qalın qaşlardan xilas olmağın yollarını axtarır, nazik qaşlara daha çox həvəs göstərirdilər. İndi isə gözəllik standartı dəyişib. Nazik qaşlar illər keçdikcə öz əhəmiyyətini itirib. Hətta qaşlarını alaraq nazik saxlayan xanımlar cəmiyyətdə birmənalı qarşılanmır. Hazırda qalın, təbii, loru dildə desək, "brejnevsayağı” qaşlar dəbdədir. Bölgələrimizdə qızlara qaşlarını ancaq toy günündə nazikləşdirməyə icazə verildiyini nəzərə alsaq, onda qalın qaşların dəbdə olmasının azərbaycanlı xanımlar üçün nə qədər əlverişli olduğunu anlamaq çətin olmaz.



Dünyanın ən məşhur və varlı modeli Kara Delevininki kimi alınmamış qaşlar indi trenddir. Qalın qaşlı xanımlardan fərqli olaraq, nazik qaşlı xanımlar özünü makiyaj və qaş qələmi ilə dəbə uyğunlaşdırmağa çalışırlar. Lakin bunun da bəzi problemləri çıxır. Məsələn, qaşları hər gün makiyajla qalınlaşdırmaq vaxt aparır. Üstəlik, qələmin yayılması və paltara ləkə salması istisna deyil. Belə olan halda gözəllik mütəxəssisləri başqa alternativ variantlar fikirləşirlər. Mütəxəssislər qaşları qalın göstərmək üçün daimi makiyaj təklif edirlər. Buna "permanent” deyilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!