Ayaqlarımıza necə qulluq edək

Ayaqlarımıza necə qulluq edək
Makiyaj, Manikür, Pedikür
10.09.2017 15
Bir-birindən gözəl və rəngarəng ayaqqabılarımızı heç bir narahatlıq hiss etmədən geyinməyimizə az qaldı! Təbii ki, gözəliyimizi tamamlayan ayaqlarımıza laqeyd yanaşmamaq şərti ilə. Pedikür edilmiş və səliqəli görünən ayaqlara sahib olmaq üçün hər dəfə gözəllik salonuna getmək lazım deyil. Bir neçə xırda, lakin çox əhəmiyyətli üsulları ev şəraitində etməklə səliqəli və baxımlı ayaqlara sahib ola bilərsiniz.      



Boya təmizliyi

Əgər ayaq barmaqlarınızda boya varsa, ilk növbədə onu təmizləmək lazımdı. Bunun üçün asetonda isladılmış pambıq köməyimizə çatar.



Ayaq vannası

İsti suya bir qədər duz və bəyəndiyiniz mualicəvi yağlardan hər hansısa birini əlavə edib, ayaqlarınızı 10 dəqiqə ərzində həmin suda saxlayın. Yaxud istifadə etmədiyiniz bir saç kreminiz varsa, isti suyun üzərinə ondan bir miqdar əlavə edə bilərsiniz. Bu ayaq dərisinin yumuşalmasına kömək olan əsas vasitədir.



Daban daşı

Təmiz bir dəsmalla suda saxladığınız ayaqlarınızı qurulayın. Sonra daban daşı və ya ponza daşı ilə ayaqlarınızdaki ölü hüceyrələri təmizləyin. Bunu edərkən xüsusilə diqqət yetirilməsi lazım olan qisim ayağın üst dərisinə toxunmamağınızdır. Əgər daban daşını çox sərt sürtsəniz, ayaqlarınızın alt hissəsinə nisbətən incə olan üst hissəsini zədələmiş olarsınız.

 

Dəri soyulmasına qarşı təsirli maska

Zeytun yağı, duz və şəkəri yaxşıca qarışdırın. Həmin qarışıqla ayaqlarınızı masaj edin. Bununla həm ayaqlarınıza masaj etmiş olacaqsınız, həm də dərinizi ölü hüceyrələrdən təmizləyəcəksiniz. Eyni zamanda yumşaq ayaqlara sahib olacaqsınız. Bu masajı etdikdən sonra ilıq su ilə ayaqlarınızı yuya bilərsiz.



Dırnaq kəsmək qaydası

Dırnaqlarınızı kəsərkən xüsusilə diqqətli olmaq lazımdır. Onları bucaqlı kəsməyə alışın. Bucaqlı kəsmək yuvarlaq kəsməyə nisbətən həm daha gözəl görünüş bəxş edər, həm də dırnaq batmasına qarşı daha təhlükəsiz seçim olar.

Ayaqlarımıza qulluq edək



Ayaqların nəmləndirilməsi

Nəmləndirici bir kremi ayaqlarınıza və barmaqlarınıza masaj edərək yaxşıca hopdurun. Bununla yorğun iş günündən sonra ayaqlarınız həm nəmlənmiş olar, həm də dincəlmiş olarsanız. Manikür yağı və ya gül yağı vasitəsi ilə dırnaqlarınıza xüsusi canlılıq bəxş edə bilərsiniz.



Dırnaq əti

Dırnaq diblərindəki ətlər dırnağın üzərini çox örtürsə əvvəlcə itələyin. İstəsəniz bu ətləri kəsə də bilərsiniz. Lakin bunun üçün evdə edilən pedikür üsulu təhlükəlidir. Yara olmasına və ya mikrob düşməsinə səbəb ola bilər.



Dırnaq boyası

İstədiyiniz rəngdə bir dırnaq boyasını əvvəlcə bir qat çəkib, quruduqdan sonra ikinci qatı da çəkərək pedikürünüzü tamamlaya bilərsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!