Duzlu manikür

Duzlu manikür
Makiyaj, Manikür, Pedikür
10.09.2017 24
Gözəllik haqqında videolar axtararkən duzlu dırnaq manikürü edilməsi ilə rastlaşadım. Həm çox ləvazimat tələb olunmur, ucuz və sərfəlidi. Mən çox bəyəndim, sizlərə duzlu manikür necə edilir qısaca izah edim:



1. İlk əvvəl dırnaqlarınızı istədiyiniz dırnaq boyası ilə rəngləyin.



2. Ya təkcə sadə boya istifadə edin ya da hər barmağınıza  bir rəng vurun.



3. Bir kağız parçasının üzərinə  bir qədər iri dənəvər duz tökün.



4. Daha sonra dırnaqlarınıza rəngsiz dırnaq boyası çəkin.



5. Dərhal dırnaqlarınızın hər yerinə kağızın üzərinə tökdüyünüz duzu səpin.



6. İncə şəkildə dırnaqlarınızın üzərindəki duzu basın ki, dırnaqlarınıza yaxşı yapışsın.



7. Sonra əlinizi tərsinə çevirib əlinizi çırpın, artıq duzlar tökülsün, bunu hər iki əlinizdəki dırnaqlar üçün bir-bir edin.



8. Dırnaqlarınızın tamamilə qurumasını gözləyin.



9. Və nəhayət, manikürü tamamlamaq üçün dırnaqlarınıza rəngsiz dırnaq boyası çəkin. Bu duzun xarici təsirlərdən əriməsinin qarşısını alacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!