Almacıq sümüklərinizi makiyajla ortaya çıxarın

Almacıq sümüklərinizi makiyajla ortaya çıxarın
Makiyaj, Manikür, Pedikür
10.09.2017 20
Makiyaj ustalarına görə çıxıq almacıq sümükləri seksual və göz alıcı bir görünüşün açarıdır. Yanaqlarınızda konturlardan istifadə etməklə, üz şəklinizi daha oval göstərə bilərsiniz. Təbii üz quruluşunuz sümüklü olmasa da, bu texnika ilə daha zəif və sümüklü bir üz görünüşü yarada bilərsiniz.



Almacıq sümüklərinizi tapın

Hər qadının almacıq sümükləri diqqətə çarpan deyil. Amma hər qadının almacıq sümüyü vardır. Konturlama əməliyyatına başlamazdan əvvəl, almacıq sümüklərinizin yerini doğru şəkildə tapmalısınız. Bunu etmək üçün dodaqlarınızı balıq kimi buzun. Beləcə yanaqlarınız içəri çökər və sümükləriniz ortaya çıxar. Sümüyünüzü yerini tapdıqdan sonra, işarə barmağınızı, sümüyünüzə paralel şəkildə tutun. Buna görə ənliyinizi vurarkən, keçməməyiniz lazım olan sərhədi asanca görə bilərsiniz.

 

Tünd rənglərdən istifadə edin

Klassik ənliyinizi bir ton tündü ilə ya da dəri tonunuzdan yüngül tünd bir pudrayla almacıq sümüyünüzü qızılı rəngdə edin. Bunu etmək üçün, tonal krem və ya pudra, saç xəttinizi almacıq sümüyünüzü altına qədər bir xətt halında tətbiq edin. Daha sonra təmiz bir fırça ya da süngər istifadə edərək, bu xətti dağıdın.

 

Yanaqların almacıq qismi

Almacıq sümüyünüzü üst qisimi, yanaqlarınızın almacıq hissəsidir. Bu hissəyə, alt hissədə istifadə etmək daha açıq ton bir ənlik tətbiq edin. Krem kimi ənliklər daha təbii görünüşlər yaradacaq. Seçdiyiniz ənlik tonuyla, yanağınızın almacıq qisimlərinə bir az rəng qatın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!