Qüsursuz makiyajın sirri

Qüsursuz makiyajın sirri
Makiyaj, Manikür, Pedikür
10.09.2017 23
Düzgün makiyaj çox kosmetikadan deyil, düzgün məhsul və rənglərdən istifadə etmək deməkdir. Bununla uzun burnunuz varsa, onu belə, gizlədə bilərsiz.

Piqment ləkələrini örtmək üçün əvvəlcə bir təmizləmə edin. Dəri tonuna yaxın bir qapadıcını ləkələrin üzərinə vurun, ətrafa doğru bir az yayın. Ləkələr yüngülləşənə kimi edin. Sonra tonal krem və  pudranızı vurun.



Qızartı, sızanaqları örtmək üçün yaşıl rəngli bir qapadıcını üzərinə yavaşca vurun.



Burnunuz uzundursa, ucuna tünd rəng tonal krem vurun. Tonal kremin nəmli fırçayla vurulması daha yaxşı effekt verəcək. Sonda kiçik toxunuşlarla pudralayın.



Yuvarlaq üzü daha incə, uzun göstərmək üçün gicgah, almacıq sümük və çənə altına ənlik fırçası ilə bürünc ənlik sürtün. Daha açıq rəng pudra ilə alın, burun, çənə ucunuzu vurğulayın.



Göz ətrafındakı cizgiləri qapatmaq üçün qapadıcıya fırçanı batırıb cizgilərin üzərinə vuraraq sonra əlinizlə yedirin. Qapadıcının tonal kremdən daha açıq tonda olmasına diqqət edin.

 

Yorğun və yuxulusuzsa, alt kirpiklərinizə tuj vurmayın. Əks təqdirdə daha yorğun görünərsiz.



Dodaqlarınız çatlayıbsa, boya sürtmədən əvvəl nəmləndirici ilə nəmləndirin. Çox tünd dodaq boyası istifadə etməyin.



İncə dodaqlarınızı böyütmək üçün açıq rəngdə dodaq qələmi ilə dodaq ətrafını cizgiləyin, içini də onunla rəngləyin, ya da eyni tonda boya vurun.



Qaşlarınız heç cür sizi dinləmir, aşağı düşürsə, qaş fırçası ilə fırçalayıb jeleləyin sonra fırça ilə üzərindən gedib jelenin qalıntılarını təmizləyin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!