Əsla makiyajlı yatmayın!

Əsla makiyajlı yatmayın!
Makiyaj, Manikür, Pedikür
10.09.2017 32
Tonlaşdırıcı krem

Tonlaşdırıcı krem dərini tamamilə örtdüyü üçün dəri məsamələrinin havasız qalmasına səbəb olur. Tonlaşdırıcı krem dəridə maksimum 6 saat qalmalıdı, əks halda havadakı bakteriyaları və tozu toplamağa, mikroorqanizmlərin dəri üzərində törəməsinə səbəb olur. Nəticə olaraq da dəridə sızanaq meydana gəlir və qara nöqtələr artır. Xüsusilə gecə yatmazdan əvvəl üz təmizlənməli, ya da dəri təmizləyən sabunla isti su ilə yuyulmalıdır.



Dodaq boyası

Dodaq boyası ən cazibədar makiyaj vasitələrindəndir, lakin doğru bir formada təmizlənməzsə, dodaqlarda çatlamalara və qurumalara səbəb olur və əksinə çox da xoşa gəlməyən bir görünüşə yol açır. Dodaqlarınızı nəmli bir bez ilə silib nəmləndirici dodaq kremi tətbiq edin, ya da zeytun yağı ilə təmizləyin.



Tuş

Tuj can alan baxışların təməlidir və gözlərinizi çox gözəl göstərə bilər. Lakin tuj tərkibinə görə ən sürətli bakteriya yığan makiyaj vasitələrinin başında gəlir. Əgər kipriklərinizin tökülməsini istəmirsinizsə, yatarkən mütləq təmizləməlisiniz, çünki makiyajınızı silmədiyiniz təqdirdə kirpik dibləri tutulur, bakteriya inkişafı göz ətrafınızın istiliyi ilə artır. Göz qapaqlarında və ətrafında şişlər və göz içində qanlar əmələ gələ bilər.



Saç spreyi

Saçınızın formasını qorumaq üçün saç spreyindən istifadə edirsiz və saçlarınızı yumadan yatırsınızsa, ən azından yuxarıdada qeyd etdiyim kimi özünüzə zərər verirsiniz. Çünki saç spreyləri saçı qurudur, xüsusilə də saçlarınız onsuz da qurudursa, vaxt keçdikcə saçda problemlər əmələ gəlir. Əgər spreyi saç diblərinə tətbiq edirsinizsə, saç diblərinin havasız qalmasına və saçlarınızın tökülməsinə səbəb olar. Bu səbəblə yatmadan əvvəl mütləq saçlarınızı yumalısınız.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!