Kosmetika böyük təhlükə yaradır

Kosmetika böyük təhlükə yaradır
Makiyaj, Manikür, Pedikür
10.09.2017 24
Tuş, göz kölgəsi kimi kosmetik vasitələrin tərkibində xərçəng, sonsuzluq və hormon pozuqluğuna səbəb ola biləcək kimyəvi maddələrin olduğu bildirilir.



Mərkəzi Washingtonda yerləşən bir sağlıq qrupunun (EWG) apardığı araşdırma nəticəsində məlum olub ki, bir qadın nə qədər erkən yaşda bu vasitələrdən istifadə edərsə təhlükə o qədər böyükdür.



Daily Telegraph qəzetinin internet portalında yer alan xəbərə görə, Birləşmiş Krallıqda 6 yaşlı uşaqlar üçün belə gözəllik vasitələri və salonları mövcuddur.



EWG-nin 14-19 yaşlı gənc qızlar üzərində apardığı araşdırmada, həmin qızların istifadə etdiyi kosmetik vasitələrdə, daha əvvəlki araşdırmalarda xərçəng və hormon problemlərinə səbəb olduğu müəyyən edilən "phthalates, triclosan, parabens" kimi kimyəvi vasitılərə rast gəlinib.



Araşdırmada, 10 yaşında olan qızların göndə 17 növ, yetkinlik yaşında olanların isə 13 növ kosmetik vasitədən istifadə etdiyi müəyyən olunub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!