Dırnaq baxımı üçün tövsiyyələr

Dırnaq baxımı üçün tövsiyyələr
Makiyaj, Manikür, Pedikür
10.09.2017 24
Dırnaq baxımı əllərinizin və ayaqlarınızın həm sağlamlığı, həm də estetik görünüşü baxımından son dərəcə əhəmiyyətlidir. Əl dırnaqlarını yemək, qoparmaq, pis kəsmək son dərəcə zərərlidir. Kimyəvi yuyuculara məruz qalan dırnaqlar çox tez qırılan, rəngi saralan, zəifləyən, çatlayan dırnaqlara çevrilir. Buna görə də dırnaqlarınızı qorumanız lazımdır.

Əl dırnaqlarınızın baxımı həm daha əhəmiyyətli, həm daha çətindir. Əl dırnaqlarınızı həftədə ən azı bir dəfə kəsməlisiniz. Kəsməyi sevmirsinizsə, hər gün və ya iki gündə bir əl dırnaqlarınızı  yonub, həm şəkil verməli, həm də qısaltmalısınız.



Bununla yanaşı,  dırnaqları yonmaq dırnaqların ucunu qalınlaşdırır və onlar qırılmağa qarşı davamlı olur. Dırnaqları duşdan sonra və ya dırnaqlarınızı 10 dəqiqə ilıq suyun içində saxladıqdan sonra kəssəniz, həm onları formaya salmaq asanlaşar, həm də daha sağlam olarlar. Dırnaqlarınızın dibindəki dərini qətiyyən kəsməyin. Çünki bu, kəsdiyiniz yerlərdə bakteriya və göbələk meydana gəlməsinə səbəb ola bilər.



Dırnaq baxımı

Dırnaq boyasını təmizləyərkən az miqdarda asetondan istifadə edin və ya nəmləndirici asetonla silin. Çünki çox aseton dırnaqlarınızı qurudur və onların soyulmasına səbəb olur.



Taxma dırnaqdan istifadə etməyi sevirsinizsə, diqqətli olun, çünki taxma dırnaqlar öz dırnaqlarınızda reaksiyaya səbəb ola bilər.

Ayaq dırnaqlarınıza gəldikdə, ayaq dırnaqları əl dırnaqlarından daha geç uzanır və 2-3 həftədə bir kəssəniz kifayətdir. Ayaq dırnaqlarınızı çox dibdən kəsməyin. Ayaq dırnaqlarınız əl dırnaqlarınızdan daha qalındır, bu səbəblə kəsilməsi və yonulması əl dırnaqlarına görə daha çətin ola bilər. Buna görə də ayaq dırnaqlarınızı mütləq duşdan sonrası kəsin və formaya salın. Çünki duşdan sonra onlar daha yumşaq olacaq və təbii olaraq kəsilməsi və formaya salınması daha asan olar.



Ən çox dırnaq batması ayağın baş barmağında görülür. Buna görə də əsla çox dibdən kəsməyin və yanlarını içəri doğru deyil, düz şəkildə kəsin. Dırnaq batması, ümumiyyətlə, yüksək dikdaban və şişburunlu ayaqqabı geyənlərdə müşahidə edilir. Dırnaq batdığı zaman onun ağrıdan hissəsini kəsə bilməsəniz, onu yonun və kiçik steril pambıq parçası yerləşdirin. Hər gün bu pambıq parçasını dəyişdirin. Dırnaq batması ilə əlaqədar ağrı çoxalsa, mütləq həkimə müraciət  edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!